20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rəşad Sadıqov: “Bu, “Qarabağ”dı”

“Maraqlı oyun keçdi. Derbi idi. Çempionluğa oynayan 2 komanda üz-üzə gəlmişdi. Bu matçda məğlub olmamaq vacib idi. Qələbə qazanmaq istəyirdik. Bu qədər qol imkanlarından istifadə edə bilmədiksə, düşünürəm ki, heç-heçə də pis nəticə deyil”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqanın 15-ci turunda "Qəbələ" ilə qolsuz bərabərə qaldıqları oyundan (0:0) sonra jurnalistlərə deyib.

O, komandadan yeni ayrılan Dino Ndlovunun yoxluğunu hiss etmədiklərini bildirib:

“Dino Ndlovu 1 il bizim komandada oynayanda hücum xəttinə görə ancaq tənqid olunmuşduq. Yeni hücumçuya ehtiyac olduğu deyilirdi. O vaxt da demişdik, bu gün də deyirik ki, yeni hücumçuya ehtiyacımız yoxdur. Sabah Mahir Mədətov da, Pedro Enrike də getsə, 11 nəfər meydana çıxacağıq. Bu, “Qarabağ”dı. Komanda şəxslər üzərində qurulmur. Bu klubdan Reynaldo və başqa futbolçular gedib, ancaq komanda öz sabitliyini qoruya bilib. Bu gün Mahir də, Pedro da çox yaxşı oynadı. Onların əziyyətini yerə vurmaq olmaz. Bu fikirlə razılaşmıram. O qədər olub ki, Dino bir çox qol epizodundan istifadə edə bilməyib".

R.Sadıqov rəqib komandanın qapıçısı Dmitri Bezotosnının çox yaxşı oynadığını vurğulayıb: "O, keçilməz idi. Elə toplar çıxardı, elə seyvlər etdi ki... Komandamızın isə bu qədər yaxşı oynayacağını gözləmirdim".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30