26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Qriqorçuk: “Qarabağ” bunu istəmir”

Topaz Premyer Liqasının XV turunun “Qarabağ” - “Qəbələ” oyunundan (0:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis heç-heçədən razı qaldığını söyləyib:

“Meydandan gördüklərimə əsasən komandaları müqayisə etsəm, heç-heçədən razı qalmalı olduğumuzu düşünürəm. Çünki biz çox yaxşı komandaya qarşı oynayırdıq. Bu gün rəqibin futbolçularının güclü fərdi keyfiyyətləri hiss olunurdu. Biz bunu öz üzərimizdə gördük. Yaxşı oldu ki, bunun öhdəsindən gələ bildik. Bu üzdən də heç-heçə bizim üçün yaxşı nəticədir. Əlbəttə, bu gün nəticədən razıyam. Növbəti dəfə çempion olmaq istəyən komanda ilə görüşdük. Bunun üçün rəqibin hər şeyi var və futbol oynamağı bacarır.

Təbii ki, biz də meydanın rəqibə aid hissəsində, tək qapıya oynamaq istəyirik. Lakin “Qarabağ” bunu istəmir. Rəqib çox yaxşı, güclü komandadır. Mənə elə gəlir ki, “Qarabağ” ötən ildəkindən daha da güclü olub. Mən komandadan razı qaldım. Futbolçular yaxşı oynadılar. Belə güclü rəqiblə heç-heçə etməyimizdən çox razıyıq”.

Qriqorçuk meydanı erkən tərk edən Baqali Dabo və hücum xətti barədə də sualları cavablandırıb:

“Zədə səbəbindən əvəzlənən Baqali Dabonun durumu haqda nə isə deyə bilmərəm. Adətən zədəni ertəsi gün deyil, bir gün aradan sonra müayinə edirlər. Komandadan gedənlərin mövqelərində müəyyən variantlarımız var. Amma hücum xəttinə oyunçu lazımdır. Elə futbolçu olmalıdır ki, topla rəqibi aldada bilsin, meydanda hər şeyi dəyişsin. Ümumiyyətlə, komandada yüksək səviyyəli oyunçuların çox olması vacibdir. Amma bunun çətin olduğunu başa düşürəm. “Qarabağ” kimi komanda ilə görüşdə rəqibi aldada bilən oyunçunu heyətə qatmaq heç də asan deyil”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30