19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Ayxan Abbasov: “Heç bir futbolçuya o ixtiyarı verməmişik”

“Sumqayıt” ən bəyəndiyim komandalardan biridir. Əvvəldən də oyunun çətin keçəcəyini bilirdik. İtkilərimiz də, yeni oyunçularımız da var idi. Hissələr arasında fərq oldu. Fasilədə sistemdə dəyişiklik etdik. İkinci hissədə istədiyimiz oyunu göstərdik. Nəticə ədalətli oldu. Hər iki komanda 1 xala layiq idi. Çempionat gərgin keçəcək. Bizim üçün hər xal vacibdir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”la 1:1-lik bərabərlikdən sonra “Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib.

Daha sonra “Zirə”nin çalışdırıcısı jurnalistlərin suallarını cavablandırıb.

- Nəticəni ədalətli hesab etsəniz də, ikinci hissədə “Zirə” qələbəyə daha yaxın idi...

- Birinci hissədə “Sumqayıt”ın qol şansları var idi. İkinci hissə tam fərqli oldu. Bizim qol epizodlarımız çox oldu. Top dayanmırdı.

- Antalyada “Sumqayıt”la eyni oteldə qalırdız və rəqibin yoxlama görüşlərini izləmişdiz. Bu gün gözlədiyiniz “Sumqayıt”ı gördünüz?

- “Sumqayıt”ı analiz etmişdik. Yalnız “Anji” ilə oyunlarına canlı baxmamışdım. Həmin matçın da videoyazısını izləmişdim. Bugünkü oyunun çətin olacağını bilirdik. Əvvəldən də demişdim ki, ilk 3 oyun bizim üçün çətin keçəcək. Heyətdə 4-5 yeni futbolçu var. Onların komandaya uyğunlaşması üçün zamana ehtiyac var.

- Yeni transferini, Moldova millisinin üzvü Dedovun heyətdən kənarda qalmasının səbəbi nə idi?

- O, hazır vəziyyətdədi. Həm millidə oyununa baxmışıq, həm öz klubunda hazırlıq keçib. Amma hələ ki bizimlə məşq etməmişdi. Nə qədər vacib futbolçu olsa da, komandayla məşq keçmədiyi üçün onu meydana buraxa bilməzdim.

- Digər yeni transferiniz Urdinov epizodların birində Əliyar Ağayevin qərarına etiraz olaraq hakim tərəf tüpürdü. Bununla bağlı onunla söhbətiniz olacaq?

- Həmin anı görməmişəm. Amma gördüyüm o idi ki, cərimə bizim lehimizə verilməli idi. Dərhal ona xəbərdarlıq etdik. Hakim nə qərar versə də, futbolçu aqressiyasını qorumalıdır. Biz heç bir oyunçuya o ixtiyarı verməmişik. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31