19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“Bu, çox emosional çıxış idi”

AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.
 
- Futzal üzrə yığmamız AVRO-2018-in 1/4 final mərhələsində Portuqaliyaya 1:8 hesabı ilə uduzaraq, mübarizəni dayandırdı. Millimizin qitə birinciliyindəki çıxışını necə dəyərləndirirsiz?
 
- Avropa çempionatının final mərhələsinə düşməyin özü yaxşı nəticədi. Portuqaliya yığmasının dünənki nəticəsini gördükdən sonra deyə bilərəm ki, 1/4 finalda bəlkə də çempiona uduzmuşuq. Portuqaliya finalda İspaniyaya qarşı oynayacaq. Məncə, bizim üçün bu mərhələdə uduzmaq faciəvi deyil. Komandanın qarşısına əsas məqsəd qoyulmuşdu ki, çempionata vəsiqə qazansınlar, qazandılar. Sonrakı məqsəd qrupdan çıxmaq idi, bunun da öhdəsindən gəldilər. Bir sözlə, minimum tapşırığı yerinə yetirmiş oldular. Portuqaliya isə güclü komandadı, artıq finalçıdı. Bu komandaya uduzmaq çox tənqid olunası deyil.
 
- “Araz Naxçıvan” UEFA Kubokunda əsas mərhələni adlaya bilmədi. Ardınca futzal millimiz 1:8 hesabı ilə uduzdu...
 
- Artıq futbolda 0:2 və ya 0:5 hesabı ilə uduzmağın fərqi yoxdu. Biz gördük ki, qapıçımız çıxandan sonra Portuqaliya fürsətdən istifadə edib, qollar vurdu. Məşqçi üçün hansı hesabla uduzmaq önəmli deyil. O, hesabda rəqibə çatmaq və Portuqaliyanı keçmək istəyirdi. Gördük ki, baş məşqçi komandamızın rəqibə çatması üçün hər şey edirdi. Təəssüflər olsun ki, yığmamız bunu bacarmadı. Portuqaliya daha təcrübəli və ağıllı futbol oynadı.
 
- İctimaiyyət millidəki braziliyalıların sayının azaldılmasını istəyir. İslahatlara ehtiyac varmı? 
 
- Biz hər zaman çalışırıq ki, azərbaycanlı futbolçuların sayı çoxalsın. Son illərdə bir neçə gənc üzə çıxdı. Amma təbii ki, bu, kifayət deyil. Meydançada daha çox azərbaycanlı futbolçu olmalıdı. Görünür ki, braziliyalılar futzalda artıq hər yığmada təmsil olunurlar. Bu da ümumilikdə çox müsbət hal deyil. Bir mərhələ var ki, onların təcrübəsindən yararlanıb, yerliləri inkişaf etdirmək lazımdı.
 
- Futzal Federasiyasının prezidenti Zaur Axundov açıqlamasında deyib ki, lazım gəlsə, millimizə hindular və "çukça"ları da cəlb etməyə hazırdı...
 
- Bu, çox emosional çıxış idi. Konstruktiv bir məsələ deyil. Onun sözündə məqsəd o idi ki, futzalda əsas işimiz nəticə göstərməkdi. Çünki futzalda final mərhələsində hər komanda nəticə qazanmaq istəyir. Amma bizim strategiyamız odu ki, hər seçmə mərhələdə daha çox azərbaycanlı futbolçu oynasın. Son illərdə qapıçımız Rövşən Hüseynlini xüsusilə qeyd etmək istəyirəm.
 
- Qurban Qurbanovun çalışdırdığı futbol üzrə yığmamız Makedoniya ilə yoldaşlıq oyununu Antalyada keçirəcək. Bu matçın Azərbaycan və ya Makedoniyada keçirilməsi mümkün deyildi?
 
- Əsas odu səfər olsun. Çünki Millətlər Liqasında qısa zamanda səfərdə 3 oyun keçirəcəyik. Buna görə də, baş məşqçi matçın harada keçirilməsinin fərqi olmadığını bildirdi. Üstəlik, Makedoniya da Antalyaya gedəcək. Orda onların təlim-məşq toplanışı olacaq. Biz də fürsətdən istifadə edəcəyik. Bu, futbolçularımız üçün təcrübə olacaq.
 
- Yoldaşlıq oyunlarındakı rəqiblərimiz Millətlər Liqasında D divizionunda yer alan komandalardan seçilir. Burda məqsəd potensial rəqibləri tanımaqdı?
 
- Bəli. Tamamilə doğru qeyd etdiniz.

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31