19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“Qəbələ” “Qarabağ”la oyunun hazırlığına başladı

"Qəbələ” Topaz Premyer Liqasının XV turunun hazırlıqlarına start verib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Türkiyə toplanışının ardından bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün Bakıda bir araya gəlib.

Mövsümün ikinci yarısına “Qarabağ”la səfər oyunu ilə start verəcək “Qəbələ” oyunun hazırlıqlarını paytaxtda davam etdirir. Günün ikinci yarısında baş tutan bugünkü məşq prosesində futbolçular öncə fiziki hazırlıq keçib. Ardınca meydanda məşq edən komanda toplu çalışmaları icra edib.

Xatırladaq ki, Topaz Premyer Liqasının XV turunun “Qarabağ” - “Qəbələ” oyunu fevralın 10-da Bakıdakı “Azərsun Arena”da keçiriləcək. Qarşılaşma saat 19:00-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31