27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Kubokun finalı Gəncədə keçiriləcək?

Azərbaycan kubokunun 2017/18 mövsümünün final oyunu Gəncə şəhər stadionunda keçirilə bilər.
 
Futbolxeber.az saytının Antalyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
 
"İki məkan üzərində dayanmışıq. Bunlar Qəbələ və Gəncədir. Qəbələdə yarış keçirməyimiz işimizi çox asanlaşdırdı. İndi Gəncəyə də addım atmaq lazımdır. Onlar da futbolu sevirlər. Tək işıqlanma ilə bağlı problem var. Oturmaqla bağlı elə də ciddi narahatlıq yoxdur. Azarkeşlər ayaq üstdə də matçı izləyə bilərlər. İşıqlanma ilə vəziyyət may ayına qədər düzəlsə, həlledici görüş Nizami yurdunda keçiriləcək. Əgər alınmasa, həlledici qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək. Finala hansı komandaların yüksəlməsinin fərqi yoxdur". 
 
Qeyd edək ki, Azərbaycan kubokunun final matçı mayın 28-də keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30