15 Sentyabr 2025, Bazar ertəsi
V turun hakim təyinatları açıqlandı
"Kəpəz" 1000-ci oyununa çıxdı
“Qarabağ” Lissabona çatdı
"Onlardan yüz faiz razı deyilik"

Ölkə futbolu

PFL prezidenti: “Danışılmış oyunlarla bağlı bəzi klubların izinə düşmüşük”

“Bizim üçün bu dəqiqə I divizion Premyer Liqada daha vacibdi. Çünki klublar ordan yetişməlidir”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Antalyada azərbaycanlı jurnalistlər üçün mətbuat konfransı keçirən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

O, I divizionda bəzi oyunların danışılmış olmasından şübhələndiklərini bildirib: “I divizionda iddialı klublar da var, söz-söhbət yaradacaq klublar da. Aşağı liqada oynayan klublardan istər “Xəzər” olsun, istər digərləri hazır vəziyyətdə olduqları halda Premyer Liqada çıxış edə bilərlər. Danışılmış oyunlarla bağlı bəzi klubların izinə düşmüşük. Rus demişkən, məsələ “vot-vot”dadı. Şübhələr təsdiqini tapsa, dərhal həmin klublar çempionatdan uzaqlaşdırılacaqlar. Özü də həmin klubların adları heç ağlınıza gəlməz. Hansı ki, rəhbərləri geniş danışırlar. O klubları da çempionatdan təmizlədikdən sonra, növbəti mövsüm I divizion daha maraqlı olacaq”. 

İBRAHİM, Antalya

 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30