8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

"Qəbələ" "Arsenal"la bərabərə qaldı

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, Roman Qriqorçukun komandası Rusiya təmsilçisi “Arsenal”la qarşılaşıb. Matç 3:3 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Tula təmsilçisi Rusiya Premyer Liqasında 25 turdan sonra 25 xalla 8-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, "Qəbələ" bundan əvvəl Türkiyənin “Akhisar Bələdiyyəspor”u ilə heç-heçə (1:1) edib,  İsveçrə “Sürix”inə uduzub (0:1), Makedoniya “Rabotniçki”nə qalib (2:1) gəlib.

"Qəbələ" (Azərbaycan) - "Arsenal" (Rusiya) 3:3

Qollar: Berxamov, 2 (0:1), Ozobiç, 17 (1:1), Berxamov, 28 (1:2), Monros, 32 (2:2), Bexramov, 45 (2:3), Vernidub, 83 (3:3)

"Qəbələ"nin start heyəti: 22. Dmitri Bezotosnı, 8. Qismət Alıyev, 3. Vojislav Stankoviç, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 28. Stiven Monroz, 18. Filip Ozobiç, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31