26 Yanvar 2026, Bazar ertəsi
U-21 millimizin üzvü “Səbail”də
“Neftçi”nin yarımmüdafiəçisi “Qaziantep”də
“Qarabağ” Liverpula yollanır
Millimiz Danimarkaya qalib gəldi

Ölkə futbolu

“Qarabağ: əvvəlcə heç-heçə, sonra yenilgi

Təlim-məşq toplanışını Antalyada davam etdirən "Qarabağ" bu gün iki yoxlama oyunu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisi ilk olaraq Bakı vaxtı ilə saat 16:00-da Makedoniyanın yüksək liqasında çıxış edən "Şkupi" klubu ilə qarşılaşıb. Oyunda qapılara qol vurulmayıb.

Qurban Qurbanovun komandası ikinci matçda Ukrayna Premyer Liqa təmsilçisi "Mariupol"la üz-üzə gəlib. "Qarabağ" görüş ərzində iki dəfə hesabda irəli çıxsa da, yekunda 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, ilk sınaq matçında "Kuban"la 2:2, digər görüşdə "Lexiya" (Polşa) ilə 1:1  hesablı heç-heçə edən "Qarabağ"  yanvarın 29-da "Sarayevo" (Bosniya və Herseqovina), fevralın 3-də isə "Mladost"la (Monteneqro) üz-üzə gələcək.

"Qarabağ" (Azərbaycan) - "Şkupi" (Makedoniya) 0:0

"Qarabağ"  (Azərbaycan) - "Mariupol" (Ukrayna) 2:3

Qollar: Miçel, 58 (1:0), Totoviçkiy, 62-pen. (1:1), Dava, 71-avtoqol (2:1), Kolçov, 72 (2:2), Boryaçuk, 90 (2:3)

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31