26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Yunis Hüseynov bacarığıma bələddir"

“Böyük futbolda ilk addımlarımı demək olar ki, Yunis Hüseynovun rəhbərliyi altında atmışam. Mənim üçün uğurlu baş məşqçidir. Ümid edirəm ki, davamı gələr”.

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in yeni transferi Tural Nərimanov klubun rəsmi saytına açıqlamasında deyib.

28 yaşlı futbolçu Gəncə klubuna keçidi haqda danışıb: “Yunis müəllimin sayəsində əvvəlki formamı yığacağıma inamım böyükdü. O, məni yaxşı tanıyır və bacarığıma bələddir. Komandanın düşərgəsində baxışdan keçib özümü ən yaxşı tərəfdən göstərməyə çalışdım”.

“Kəpəz” Tural Nərimanov üçün yad komanda deyil. Mərkəz müdafiəçisi  əvvəlki iki mövsümdə “sarı-göylər”in şərəfini qoruyub: “Yenidən “Kəpəz”ə qayıtdığıma görə xüsusilə sevincliyəm. Qarşımıza qoyulan vəzifə komandanı düşdüyü vəziyyətdən çıxarmaqdı. Əlbəttə ki, bu, elə də asan olmayacaq. Hər oyuna qələbə əzmi ilə çıxacağıq. “Kəpəz” layiq olduğu yerdə olmalıdı”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30