23 Fevral 2018, Cümə
Avroliqada 1/8 finalçılar müəyyənləşdi
Etopaz-da bu gün 17 canlı oyun
MY "Sevilya" ilə heç-heçə etdi
"Şaxtyor" "Roma"ya qalib gəldi

Ölkə futbolu

Tərlan Əhəmədov: “Belə şey bəlkə də yüz ildə bir dəfə olur”

"Komandamız "SKA Xabarovsk" qarşısına yorğunluq fonunda çıxmışdı. Hava şəraiti çox ağır idi. Heyətlə bağlı ciddi çatışmazlıq vardı - 21 yaşadək futbolçulardan ibarət milli komandamızda olan, eyni zamanda müəyyən səbəblərdən bu oyunda iştirak edə bilməyən digər əsas heyət üzvlərimizin yeri görünürdü".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov Antalyada təlim-məşq toplanışı çərçivəsində Rusiyanın "SKA Xabarovsk" təmsilçisinə 1:8 hesabı ilə uduzduqları ilk yoxlama oyununu klubun saytına şərh edərkən deyib.

"Rəqib artıq Antalyadakı təlim-məşq toplanışını bitirir, bizim isə ilk oyun idi. Yeni transferlərimiz tədricən komandaya uyğunlaşır. "Qato" həm bizdə, həm də ümumiyyətlə, uzun müddətdən sonra ilk oyununa çıxmışdı. Fiziki yükləmələr fonunda keçirdiyimiz qarşılaşmada qapımıza gələn demək olar ki, hər zərbə qolla nəticələnirdi. Bəxtsizlik faktoru da yüksək idi. Rəqibin uzaq məsəfadən az qala bütün zərbələri "doqquzluğ"a gedirdi. Və bu qollarda qapıçımızı da çox qınaya bilmirəm. Belə şey bəlkə də yüz ildə bir dəfə olur" - deyə o bildirib.

T.Əhmədov bu görüşdəki səhvlərdən nəticə çıxaracaqlarını söyləyib: "Yoldaşlıq görüşlərinin əsas məqsədi başqadı və mən razıyam ki, qarşıdakı yoxlama oyunlarının hamısını uduzaq, amma bütün səhvlərimizi görək və bu səhvlərdən nəticə çıxarıb rəsmi matçlarda qələbələri sıralayaq. Mövsümün ikinci hissəsinə hazırlığımız çətin hava şəraitinə baxmayaraq davam edir. İndi məşqlər nə qədər ağır olsa, rəsmi oyunlarda o qədər rahat çıxış edəcəyik. Hər şey nəzərdə tutduğumuz qaydada getsə, mövsümün həlledici mərhələsində formamızın pik nöqtəsinə yüksəlib, qarşıya qoyulan məqsədlərə çatacağıq".

"Neftçi"nin baş məşqçisi məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib: "Yoxlama oyunu olsa da, bu məğlubiyyət mənim üçün çox ağırdır. İstənilən halda bu cür məğlubiyyətə bəraət qazandırmaq olmaz. Buna görə, ilk növbədə bütün komanda adından ən çətin günlərdə yanımızda olan sadiq azarkeşlərimizdən üzr istəyirəm. Onları yaxşı başa düşürəm. Bu oyun bizim üçün bir həyəcan təbili idi. Səhvlərimizi gördük və bunun üzərində işləyib çempionat və kubok matçlarında həmin səhvləri təkrarlamamaq, daha mükəmməl oyun qurmaq üçün çalışacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2018
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28





Click to Visit