24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Aleksandr Spiridon: “Azərbaycan kifayət qədər güclü komandadır”

"Yeni ildən sonra Pavel Georgiyeviçlə görüşdük, milli komandanı çalışdırmağı təklif etdi. Mən isə razılıq verdim”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Moldova millisinin yeni baş məşqçisi Aleksandr Spiridon deyib.

Təyinatından sonra yerli jurnalistlərin suallarını cavablandıran məşqçi yoxlama oyununda qarşılaşacaqları Azərbaycan millisi haqda da danışıb:

“Bu il bizi Millətlər Liqası kimi maraqlı turnir gözləyir. Niyə də Moldova yığması Avropada sürpriz nəticə göstərməsin? Çoxdandır yerli futbolu izləmirəm. Ona görə də mənə maraqlı gəlir. Yanvarın 27-sində Cənubi Koreya, 30-da isə Azərbaycanla yoxlama oyunlarımız var. Hər ikisi kifayət qədər güclü komandalardır”.

Qeyd edək ki, Azərbaycan və Moldova milliləri yanvarın 30-da Antalyada qarşılaşacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30