18 Yanvar 2018, Cümə axşamı
Etopaz-da bu gün 17 canlı oyun
Millimiz FİFA reytinqində gerilədi
Millimiz Bakıda İranla üz-üzə gələcək
"Qarabağ" dan qollu bərabərlik

Ölkə futbolu

Qriqorçuk: “Yaxşı oyun oldu”

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan “Akhisar Bələdiyyəspor” - “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk oyun haqda fikirlərini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis oyunun gözlənildiyi kimi alındığını bildirib:

“Hazırlıq baxımından yaxşı oyun oldu. Rəqibimiz də yaxşı komanda idi. Qarşılaşmanın məşq baxımından da alındığını demək olar. Yoxlama görüşü bizə komandanın durumu barədə kifayət qədər məlumat verdi. Hər şey gözlənildiyi kimi oldu. Hətta deyərdim ki, futbolçuların durumuna görə biz onların daha az vaxt oynayacağını düşünürdük. Lakin matçın gedişində onların hazırlığına baxıb, bəzilərinin az qala bütün qarşılaşmada meydanda olmasına qərar verdik. Bu oyun bizim üçün çox faydalı oldu”.

Qriqorçuk təlim-məşq toplanışının arxada qalan dövrünü də dəyərləndirib. Mütəxəssis yanvarın 5-də start götürən hazırlığın gedişindən razılığını bildirib: “Bu görüşə qədər olan hazırlıq prosesində də əla çalışmışdıq. Arxada qalan müddətdə həm biz yaxşı işləmişik, həm də hava şəraiti mane olmayıb. Elə bu üzdən də belə yaxşı funksional hazırlıqda idik. Mən məşqlərin 6-cı günü üçün olan vəziyyəti nəzərdə tuturam”.


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2018
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31





Click to Visit