25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Sumqayıt"ın Antalyadakı rəqibləri müəyyənləşdi

"Sumqayıt"ın qış hazırlıq planı müəyyənləşib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, yanvarın 5-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verən komandanın baş məşqçisi Samir Abasovun planına əsasən, hazırlığın ilk hissəsini yanvarın 19-dək Sumqayıtda keçəcək.

Bu müddət ərzində "Sumqayıt"  2 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 15-də "Qaradağ Lökbatan", 18-də isə "Səbail"lə "Kapital Bank Arena"da üz-üzə gələcək.

"Sumqayıt" hazırlığın ikinci mərhələsini isə yanvarın 21-dən fevralın 4-dək Türkiyədə davam etdirəcək. Təlim-məşq toplanışını Antalyanın Side bölgəsində keçəcək komanda  4 yoxlama oyunu keçirəcək. Samir Abasovun rəhbərlik etdiyi komanda yanvarın 25-də Polşanın "Poqon", 28-də Makedoniyanın "Akademiya Pandev", 31-də Rusiyanın "Anji", fevralın 3-də isə Serbiyanın "Mladost" klubları ilə qarşılaşacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30