19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Azərbaycana getdikdən bir həftə sonra qayıtmaq istəyirdim”

“Geri döndüyümə sevinirəm. Bunu daha əvvəl etməliydim. Azərbaycanda keçirdiyim günlər haqqında çox şey deyə bilməyəcəm. Çünki ora getdiyim gündən bir həftə sonra yanlış etdiyimi bilirdim. Hər şeyin səhv olduğunu anladım. Getməzdən öncə xəbərdar olmadığım çox şey var idi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"dən ayrılıb "Reyncers"ə gedən Endi Hallidey klubun televiziyasına açıqlamasında deyib.

"Bir həftə sonra ayrılmağa, başqa yerə getməyə çalışdım. Buna icazə vermədilər. Qalmağımı istədilər. İlk fürsətdə isə oradan ayrıldım” - deyə o bildirib.

E.Hallidey "Qəbələ"yə Avroliqada oynamaq üçün keçməyə razılıq verdiyini söyləyib: “Avropa arenalarında heç oynamamışam. “Qəbələ”yə keçidimə də buna görə razılıq verdim. Çünki bir əvvəl onlar qrup mərhələsində çıxış etmişdilər. Avropa təcrübəsi üçün onlara indi də minnətdaram. Amma düşüncəm və ürəyim həmişə “Reyncers”dədir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30