5 Iyul 2025, Şənbə
İmad Faraj rəsmən “Neftçi”də
“Turan Tovuz”da 3 yeni təyinat
"Zirə" Türkiyəyə getdi
“Boavişta”nın müdafiəçisi “Kəpəz”də

Ölkə futbolu

“Qəbələ” hazırlığa start verir

“Qəbələ” qış təlim-məşq toplanışına start verir.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Azərbaycan kubokunun 1/4 final mərhələsinin 2017-ci il dekabrın 15-də keçirilən “Səbail”lə səfər matçından sonra istirahətə buraxılan “qırmızı-qaralar” sabah bir araya gələcək.

Roman Qriqorçukun baş məşqçisi olduğu komanda 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlaşmaq üçün qonşu Türkiyəyə yollanacaq.

Antalya şəhərində baş tutacaq hazırlıq prosesi iki mərhələdən ibarət olacaq. Komanda yanvarın 5-dən 17-dək davam edəcək ilk mərhələdə üç yoxlama oyunu keçirəcək.

“Qəbələ” yanvarın 10-da Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə, 14-də Qazaxıstanın “Atırau” komandası ilə, 17-də isə İsveçrə təmsilçisi “Sürix”lə qarşılaşacaq.

Üç günlük istirahətdən sonra yanvarın 21-də yenidən bir araya gələcək “qırmızı-qaralar”ın hazırlıq prosesi fevralın 3-dək davam edəcək. İkinci mərhələdə komanda 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Yanvarın 24-də Makedoniyanın “Rabotniçki”,  27-də Rusiyanın “Arsenal”, 31-də Çexiyanın “Bohemians” klubu ilə görüşəcək “qırmızı-qaralar” fevralın 3-də Makedoniya “Şkendiya”sı ilə üz-üzə gələcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31