20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Kirill Petrov “Neftçi”ni tərk edir?

“Neftçi”nin müdafiəçisi Kirill Petrov karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Futbolxeber.az saytının məlumatına görə, birinci liqa təmsilçisi “Giresunspor” 27 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir.

Artıq Petrovun Türkiyə klubu ilə razılığa gəldiyi bildirilir. O, bu komandanın yanvarda Antalyada keçiriləcək təlim-məşq toplanşına qatılacaq.

Qeyd edək ki, ukraynalı oyunçu bu mövsüm “Neftçi”də 13 matçda meydana çıxıb və 1 qol vurub.

"Neftçi" klubunun meneceri Eldəniz Yusifov Ukrayna mətbuatının Kirill Petrovun "Giresunspor"a keçəcəyi ilə bağlı yaydığı xəbərə münasibət bildirib.

O, qol.az-a açıqlamasında məlumatı təkzib edib: "Xəbəri mən də mətbuatdan oxudum. Amma belə bir şey yoxdur. Petrova təklif gəlsəydi, zəng vurub kluba məlumat verərdi. Bizə isə bu barədə heç nə deyilməyib".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30