26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Bu gün "Neftçi" Şaxta Baba rolunu oynayır”

"NEFTÇİ" "ASAN MƏKTUB" LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ UŞAQLARI MÜKAFATLANDIRIB

Bu gün "Bakcell Arena"da "Neftçi" futbol klubunun təşkilatçılığı ilə "Asan Məktub" layihəsinə müraciət edən bəzi uşaqların arzularını gerçəkləşdirmək məqsədi daşıyan tədbir keçirilib.

Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisi "Asan Məktub" layihəsinə müraciət edən 12 uşağı "Bakcell Arena"da qonaq edib. Müxtəlif bölgələrdən gələn uşaqlar öncə "Neftçi"nin muzeyi və ev oyunlarını keçirdiyi stadionla tanış olub, daha sonra əsas komandanın futbolçuları ilə meydana çıxıblar.

Ardından təşkil edilən mətbuat konfransında "Asan Məktub" layihəsinin rəhbəri Rəbiyyə Cəfərova dəstəyə görə "Neftçi" klubuna təşəkkür edib: "Layihə 2 il müddətdən artıqdır fəaliyyət göstərir. Bu müddət ərzində 2 mindən artıq uşağın arzuları reallaşdırılıb. Fürsətdən istifadə edərək, "Neftçi" klubuna minnətdarlığımı bildirirəm. Bu uşaqlar sərhəd bölgələrindən gəlib. Onlar burada xoş anlar yaşadılar".

"Neftçi"nin vitse-prezidenti Elnur Eyvazov "Asan Məktub" layihəsinin önəmindən söz açıb: "Neftçi" sosial məsuliyyətini dərk edərək, daim bu cür tədbirlərdə iştirak edir. Öz töhfəmizi verməyə çalışırıq. "Asan Məktub" layihəsini həyata keçirənlərə də minnətdarıq. Uşaqların məktublarına baxıldı, arzuları öyrənildi. Bu gün "Neftçi" Şaxta Baba rolunu oynayır. Hər birinizə minnətdarıq".

Əsas komandanın baş məşqçisi Tərlan Əhmədov bu cür layihədə iştirak etməyin onları sevindirdiyini deyib: "Arzuları reallaşdırmaq bizim üçün şərəfdir. Hər kəsin bayramını təbrik edirəm".

Sonda Əhmədola yanaşı, məşqçilər Novruz Əzimov, İslam Kərimov, futbolçular - Rəhman Hacıyev, Rəşad Əzizli, Ömər Buludov, Elnur Cəfərov, Elnur Süleymanov, "Məktəbli dostu" layihəsinin kuratoru Leyla Qurbanlı, "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli uşaqlara hədiyyələr təqdim ediblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30