29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Vernidub: "Bütün fikrimiz “Qarabağ”ı keçməkdi"

"Qəbələ"nin ukraynalı müdafiəçisi Vitali Vernidub ölkəsinin mətbuatına müsahibə verib.

- Vitali, sanki “Zarya”da dünən çıxış edirdin. Azərbaycanda iki il yarım nə tez keçdi?

- Əksinə. Ailənin yanında olmamaq çətdindir. Bu cür yaşayanda günlər uzanır.

- Yaxınların yanına tez-tez gəlir?

- Bir vaxtlar ailəm mənimlə yaşadı. Bu, üç ay çəkdi. Sonra qərara gəldik ki, övladım evdə qalsa yaxşıdı. Çünki uşaq Ukraynda üzgüçülüklə və dərnəklə məşğul olur.

- Atan sənə baş çəkir?

- Bir dəfə anamla bigə gəlmişdilər. Mən onlara Bakının gözəl şəhər olduğunu göstərdim.

- “Qəbələ”də səni hər şey qane edir?

- Hə, hər şey əladır. Klub rəhbəliyi əlindən gələni edir ki, biz ancaq futbolu düşünək.

- Son 4 ilin çempionu “Qarabağ” bu mövsüm yeganə məğlubiyyətini “Qəbələ”dən alıb. Ancaq bu komandadan 6 xal geri qalırsınız...

- Bəzi çatışmazlıqlar üzərinə işləməliyik. Təəssüf ki, xal itirməməli olduğumuz oyunlarda bu vəziyyətlə üzləşdik. Bununla belə, mübarizənin hələ irəlidə olduğuna inanıram. Çünki qarşıda çempionatın iki dövrəsi var. Deməli, “Qarabağ”la vacib 2 oyunumuz da qalır.

- “Zarya”da bir yerdə oynadığınız futbolçulardan kimisə Qəbələyə dəvət etmisizmi?

- Bu barədə Aleksey Şevçenko ilə danışmışam. Nəzərə alaq ki, biz Bakıda yaşayarıq, orda görməli çox yer var. Amma Şevçenkonun gəlişi baş tutmadı.

- Paytaxtda yaşayırsan?

- Orada bizim bazamız yerləşir.

- Nə vaxtdan?

- Son yarım ildir ki, biz Qəbələyə ancaq oyunlar olanda gedirik. Rəhbərlik bu qərarı futbolçuların rahat olması üçün verib.

- Boş vaxtlarında nə işlə məşğul olursan?

- Televizora baxıram, kinoteatra gedirəm, kitab oxuyuram, “Play Station” oynayıram. Amma yenə də ailədən kənarda qalmaq mənəvi cəhətdən çətindir.

- Komanda yoldaşlarınızdan ən çox kimlə “Play Station” oynayırsan?

- Dmitri Bezotosnı ilə, amma mənim səviyyəmdə deyil. Dima hələ uzun müddət və səylə məşq etməlidir (gülür).

- Azərbaycan çempionatında dövrələr arasında fasilə çoxdur?

- İstirahət də daxil olmaqla iki aydan azdır. Yaxşı hazırlıq lazımsa, qısa olmalıdır. Yadımdadır ki, Ukraynada 3 təlim-məşq toplanışı keçirdik. "Qəbələ" ilə 2 hazırlıq keçəcəyik. Təlim-məşq toplanışları zamanı ailələrimizi də Antalyaya apara bilərik.

- “Qəbələ” ilə müqavilən vaxt bitir?

- Cari mövsümün sonunda.

- Gələcək karyeran haqda düşünürsən?

- Xeyr. İndi bütün fikrimiz çempionatda “Qarabağ”ı keçə bilmək və Azərbaycan kubokunda yaxşı çıxış etməkdir. Yeri gəlmişkən, bu turnirdə yarımfinala adlamışıq.

- Ukraynaya qayıtmaq fikrin yoxdur?

- Ölkəndən kənarda uzun müddət qalmaq ağırdır. Ümid edirəm ki, nə vaxtsa qayıdacam və vətənimdə də oynayacam (qol.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31