24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Rəşad Sadıqov “Mançester Siti”nin düşərgəsində

U-20 və U-21 millimizin, eyni zamanda, "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Rəşad Sadıqov "Mançester Siti"nin bazasına gedib.

Futbolxeber.az saytının məlumatına görə, gənc mütəxəssis "PRO" məşqçilik kurslarının tələblərinə əsasən təcrübə keçmək üçün Mançesterə yollanıb. “Mançester Siti”nin məşq prosesini və “Tottenhem”lə oyununu izləyən R.Sadıqov klub nümayəndələri ilə görüşüb.

“Şəhərlilər”in məşqini izləyənlər arasında Dortmund "Borussia”sının sabiq baş məşqçisi Tomas Tuxel və Braziliya milli komandasının qapıçılar üzrə məşqçisi Kladio Taffarel də olub.

Qeyd edək ki, yığmamızın çalışdırıcısı “Mançester Siti”dən əvvəl, “Roma”nın düşərgəsində olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30