29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Elxan Məmmədov və Tahir Gözələ Prezidentin fəxri diplomu təqdim edildi

Milli Olimpiya Komitəsində Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyevanın iştirakı ilə keçirilən mərasimdə 2017-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.

Futbolxeber.az saytının məlumatına görə, mükafat alanlar arasında futbol ictimaiyyətinin nümayəndələri də var. Belə ki, Dövlət başçısı İlham Əliyev AFFA-nın baş katibi Elxan Məmmədov və “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözələ Azərbaycan Respublikası Prezidentinin fəxri diplomunu təqdim edib.

Qeyd edək ki, Elxan Məmmədov 2007-ci ilin iyulundan AFFA-nın baş katibidir. Hazırda E. Məmmədov UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsinin vitse-prezidenti (2008-ci ildən) və FIFA Fair Play və Sosial Məsuliyyət Komitəsinin üzvüdür. O, 2009-2012-ci illər ərzində UEFA nümayəndəsi kimi də fəaliyyət göstərmişdir.

E. Məmmədov beynəlxalq idman tədbirlərinin Azərbaycanda keçirilməsi üzrə müxtəlif komitələrin üzvü və sədri olmuşdur. Azərbaycanda 2012-ci ildə keçirilmiş FIFA 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatı və 2016-ci ildə təşkil olunmuş 17 yaşadək oğlanlardan ibarət komandalar arasında Avropa çempionatının Yerli Təşkilat Komitəsinin sədri olmuş, AVRO-2020-nin oyunlarının Bakı şəhərində keçirilməsi üçün namizədliyin irəli sürülməsi və prosedur işlərin həyata keçirilməsi prosesinə rəhbərlik etmişdir.

Tahir Gözələ gəldikdə isə o, 2004-cü ildən “Qarabağ” klubunun vitse-prezidentidir. Ağdam klubunun son illər istər ölkə daxilində, istərsə də ölkə xaricində qazandığı uğurlarda T.Gözəlin böyük rolu var.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31