29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qəbələ" yarımfinalda, Sumqayıtda sensasiya

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, keçirilən iki oyunla bütün yarımfinalçılar bəllli olub.

Günün ilk oyununda "Səbail" "Qəbələ"ni qəbul edib. Öz meydanında keçirilən ilk oyunda 1:0 hesablı qələbə qazanan "Qəbələ" cavab matçında da 4:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Digər görüşdə - ilin son qarşılaşmasında isə "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Oyun "Sumqayıt"ın sensasiyalı qələbəsi ilə nəticələnib - 2:0. Beləliklə, "Qarabağ" gözlənilmədən kubokla vidalaşıb.

“Sumqayıt” - “Qarabağ” 2:0

Qollar: Kamal Mirzəyev, 22, Amil Yunanov, 90

İlk oyun - 1:2

“Səbail” - “Qəbələ” 2:4

Qollar: Adrian Popoviçi, 16 (1:0), Filip Ozobiç, 22 (1:1), Ruslan Qurbanov, 44 (1:2), Famussa Kone, 56 (1:3), Baqali Dabo, 75 (1:4), Elman Taqayev, 78 (2:4)

İlk oyun - 0:1

Yarımfinal cütlükləri

"Keşlə" - “Sumqayıt”

“Neftçi” - “Qəbələ”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31