19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Samir Əliyev: “Qəbələ” kimi komandalarla mübarizə aparmağa hazır deyilik”

“Ağır məğlubiyyətdir, 4 top buraxdıq. Danışmaq çətindir. Oyundan sonra uşaqlara 5 ayda keçdiyimiz yola görə təşəkkür etdim. “Qəbələ” çox güclü rəqib idi. Bu gün “Qəbələ” kimi komandalarla eyni səviyyədə mübarizə aparmağa hazır deyilik. Eyni sayda qol vəziyyəti yaratsaq da, ustalıq sonda öz sözünü dedi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Samir Əliyev Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə cavab oyunundan (2:4) sonra keçirilən mətbuat konfransında deyib.

- Demək olar ki, bəzi oyunçuların şans limiti bitdi?

- Belə deməzdim. İstərdim ki, oyunçulara daha çox şans verək. Kim az, kim çox oynadı, oturub nəticə çıxaracağıq. Gələn və gedənlər olacaq. Çalışacağıq daha yaxşı hazırlaşaq, qol vəziyyətlərindən düzgün yararlanaq.

- Rəqib 3, siz isə 5 müdafiəçi ilə oynayırdıniz...

- Yaxşı sualdır. Ancaq “Qəbələ” 3 yox, 4 müdafiəçi ilə oynayırdı. İstərdim ki, gələcəkdə belə mövzulara çox toxunulsun. İkinci hissədə 4-3-3-ə keçdik. Çalışdıq etibarlı oynayaq və qol vuraq. Bəzən işlər planlaşdırdığınız kimi getmir.

- Standart vəziyyətlər zamanı ucaboy oyunçular arxada qalırdılar. Bu nə ilə bağlıdır?

- Təkcə Madonu arxada saxlayırdıq. Çünki o, başla yaxşı oynaya bilmir. Nurlan Novruzov balacadır deyə, müdafiəyə çəkə bilmərəm. Ən azı irəlidə mübarizə aparırdı.

- İlk dövrədə ən problemli mövqeyiniz kimi hansını qeyd edərdiniz?

- Bütün mövqeləri gücləndirmək istərdik. Mərkəz və cinah hücumçularının daha keyfiyyətli olmasını istəyirik. Bəlli büdcəmiz var, buna uyğun oyunçular gətirməyə çalışacağıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30