20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Neftçi"nin rəqibləri bəlli oldu

"Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, bu gündən etibarən istirahətə buraxılan komandanın üzvləri iki mərhələdən ibarət təlim-məşq toplanışı keçmək üçün yanvarın 5-də bir araya gələcəklər. Əsasən fiziki hazırlığa üstünlük veriləcək ilk mərhələ yanvarın 15-dək Bakıda təşkil olunacaq. Yanvarın 12-də yerli klublardan biri ilə yoxlama oyunu keçirilməsi nəzərdə tutulub.

Yanvarın 17-dən 31-dək Türkiyənin Antalya şəhərinə yollanacaq komanda Bələkdə otellərdən birində məskunlaşacaq. Bu mərhələdə daha çox texniki və taktiki hazırlığa nəzər yetiriləcək. "Neftçi”nin Türkiyədə 5 yoxlama oyunu keçirməsi planlaşdırılır. Komanda yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk", 25-də Rumıniyanın "Konkordiya” və Ukraynanın "Çernomorets”, 27-də isə Rusiyanın "Krılya Sovetov” klubları ilə qarşılaşacaq. Təlim-məşq toplanışında yanvarın 30-da nəzərdə tutulan görüş haqda isə rəqib dəqiqləşəndən sonra məlumat veriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30