29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Tərlan Əhmədov: "Yumruq başlarının üstündə olmasa, yaxşı oynamırlar"

Tərlan Əhmədov: "Yumruq başlarının üstündə olmasa, yaxşı oynamırlar"

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Zirə”yə 2:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib

- İlk növbədə bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Bu qələbədə onların payı çoxdur. İlk hissədə daha maraqlı oynadıq. Ancaq ikinci hissədə rəqib bizi geriyə oturmağa məcbur etdi. Kubok oyunu həmişə belə aqressiv keçir. 2017-ci ili qələbə ilə başa vurduq. Buna görə, klub rəhbərliyini, futbolçuları və azarkeşləri təbrik edirəm.

- Erreraya oyun zamanı narazılığınız oldu. Onu buna görə əvəzlədiniz?

- Onun artıq gücü tükənmişdi. Bu oyunun aqressivliyi hiss olunurdu. “Neftçi” son illərdə “Zirə”yə qalib gələ bilmirdi. Errera son dəqiqələrdə yorulmuşdu.

- Qış hazırlığı planı hazırdır?

- Bəli, hazırdır. Ayın 5-dən hazırlığa başlayacağıq. Toplanış barədə mətbuat xidməti ətraflı məlumat verəcək. Mənim işim komandanı hazırlamaqdır.

- Namiq Ələsgərovun oyunu barədə nə deyə bilərsiniz?

- Elə oyunçular var ki, potensialından çox aşağı oynayır. Onlardan biri də Namiqdir. Mən hələ də, onun potensialını aça bilmirəm. Bura “Neftçi”dir. Bu komandaya 7-8-ci yeri tutmağa gəlməmişəm. Komanda güclənməlidir, rəqabət olmalıdır. İstərdim ki, 3 eyni səviyyəli qapıçımız olsun. Son oyunlarda Allaha yalvarıram ki, Rəşad Əzizliyə heç nə olmasın. Çünki ehtiyat qapıçımız yoxdur.

- Nizami Hacıyev maraqlandığınız futbolçulardan idi. Ancaq onun bağışlanmaq ehtimalı var. Bağışlansa, onun komandaya transferi nə dərəcədə mümkündür?

- Apellyasiya verib, təmiz çıxarsa... Bu, təkcə mənim işim deyil. Komandanın rəhbərliyi var. Müzakirə olunmalıdır. “Neftçi” tarixi olan komandadır. Nizamini artıq gündəmdən çıxarmışıq. Belə məsələlərdə diqqətli olmalıyıq. Klubun imicindən söhbət gedir.

- Elnur Süleymanovun əsgərlikdə olduğu deyilir...

- Elnur AZAL-da mənim rəhbərliyim altında çıxış edib. Potensialına bələdəm. Onun harda olmasını menecerindən soruşun.

- Mirabdulla Abbasovun oyunu barədə nə deyə bilərsiniz?

- Onun potensialı çoxdur. Son illərdə Azərbaycanda onun kimi hücumçu yetişməyib. Lakin onun ən pis xüsusiyyəti tənbəlliyidir. Bu oyunun da sonlarında damarı damarının üstünə çıxmışdı. Bizim futbolçular elədir ki, yumruq başlarının üstündə olmasa, yaxşı oynamırlar.

- Bu oyunu millinin baş məşqçisi Qurban Qurbanov da izlədi. Onunla görüşmüsünüz?

- Hələ ki, görüşmək qismət olmayıb. Çünki vaxt məhdudiyyəti var. Lakin irəlidə görüşərək, fikir mübadiləsi apara bilərik.

- Namiq Ələsgərov qışda komandadan ayrılacaq?

- Xeyr, onun ayrılması gündəmdə deyil.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31