29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Klublar Komitəsinin bəyanatı

AFFA Klublar Komitəsi bəyanat yayıb.

Futbolxeber.az-ın məlumatına görə, assosiasiyanın saytında yer alan bəyanatda deyilir:

- Təəssüf hissilə qeyd edirik ki, dünyanın müxtəlif ölkələrində idman oyunlarının nəticələrinin manipulyasiyası cəhdləri ölkəmizdə də müşahidə edilməkdədir. Son vaxtlar ölkə futbolunda baş verən neqativ halların aşkarlanması, bu işdə birbaşa və ya dolayısıyla iştirak edən şəxslərin cəzalandırılması və ədalətli oyun prinsiplərinə əməl olunması təqdirəlayiq haldır. Mövcud problemlə bağlı Klublar Komitəsinin bu gün keçirilmiş iclasında geniş müzakirə aparılıb və UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Kamran Cəbrayılovun təqdim etdiyi məlumatlar dinlənilib. Klublar Komitəsi olaraq idman oyunlarının nəticələrinin manipulyasiyasında iştirak edən şəxslərin əməllərini pisləyir və layiqli şəkildə cəzalandırılmalarını, ölkə futbolunun inkişafı istiqamətində atılan addımı yüksək qiymətləndiririk. Həmçinin bəyan edirik ki, bu istiqamətdə istər AFFA, istərsə də hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq etməyə, hər cür köməklik göstərməyə hazırıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31