29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Fariz Nəcəfov: “Legionerlərin sayının artırılması qaçılmazdır”

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Klublar Komitəsinin bugünkü iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.

- Çempionatda ikinci dövrə başa çatdı. Komandanın çıxışı sizi qane etdimi?

- Daha da yaxşı ola bilərdi. Xüsusilə ikinci dövrədə yaxşı çıxış etdik. Ümid edirəm ki, qarşıdakı 2 dövrədə də yaxşı nəticəyə imza atıb, çempion olacağıq.

- “Qarabağ” nə qədər güclü olsa belə?

- Futbolda gözlənilməz nəticələr çox olur. “Qəbələ” çempion olsa, bu da gözlənilməz deyil. Çünki bunun üçün çalışırıq. Əsas rəqibimiz “Qarabağ” güclüdür, amma bizim də üstün tərəflərimiz var.

- Transferlə bağlı yenilik varmı?

- Məşqçi ilə söhbətimiz olub, amma kubok oyunundan sonra da görüşəcəyik. Komandada ciddi dəyişiklik gözlənilmir. Futbolçuların müqaviləsi davam edir. Avrokuboklar üçün komanda tam hazır olmalıdır. Premyer Liqanın limit məsələsi uyğun gəlmir. Çünki legioner oyunçularımızı çox saxlaya bilmirik. Güclü yerli futbolçular da çox azdır. Limit dəyişdirilsə, yaxşı olar. Bu, avrokuboklarda yaxşı çıxış etməyimizə kömək edəcək.

- Bir neçə legioner futbolçunuz ehtiyatda qalır. Onlarla bağlı planlarınız varmı?

- Həmin futbolçuları ümidlə transfer etmişdik. Ancaq heyətə düşə bilmirlər, üstəlik də narazıdırlar. Narazılıqlarını haqlı hesab edirəm. Çünki buraya oynamaq üçün gəliblər. Amma limit məsələsinə görə ehtiyatda qalırlar. Baş məşqçini də qınamıram. Onun razı qaldığı heyət var və digərlərini əlavə edə bilmir.

- Bəlkə yerli futbolçulara üstünlük verəsiniz? “Qarabağ”da ehtiyatda qalan belə oyunçular çoxdur.

- Onların klubu ilə müqaviləsi var. Bizdə isə başqa yerli, keyfiyyətli futbolçular yoxdur. Akademiyadan gələn yeni nəsil futbolçularımız var. Onların gələcəkdə əsas fiqurlardan olacağını əminliklə vurğulaya bilərəm. Ancaq bunun üçün vaxt lazımdır. Buna qədər limit dəyişdirilməli, azaldılmalıdır. Avrokuboklarda uğur qazanmaq istəyən komandaları zəiflətmək olmaz.

- Legionerlərin sayı artırılmalıdır?

- Bu, qaçılmazdır.

- AFFA və PFL rəhbərliyi ilə söhbətiniz olub. Qarşı tərəflə söhbətlərinizdə ümid yeri varmı?

- Görünmür.

- Bəs hansısa arqument ortaya qoyurlarmı? Ramin Musayev nə deyir?

- O, limitin dəyişdirilməsinin tərəfdarıdır. Amma Ramin Musayevin həll edəcəyi məsələ deyil. Bu məsələni də gündəmə gətirən yalnız bizim klubdur, başqa klublardan dəstək gəlmir. Hesab edirəm ki, biz səbəbi əsaslandırırıq. Bu limit yeni futbolçu nəslinin yetişməsinə kömək etmədi. Ortaya sübut qoymaq lazımdır. Amma belə futbolçu yoxdur. Gətirdiyimiz legionerlər səviyyəsində yerli oyunçularımız olsa, bu söhbəti açmazdım. Ancaq belələri yoxdur.

- Endi Hallidey və Deyv Bultuis kimi oyunçuları icarəyə vermək istəmirsiniz?

- Deyirəm ki, avrokuboklarda yaxşı oynamaq üçün bizə hələ əlavə olaraq 1-2 belə futbolçu lazımdır.  Bu da limit məsələsinə gətirib çıxarır. Məqsədimiz ancaq avrokuboklarda yaxşı çıxış etməkdir və təklifimiz də bunun üçündür. “Qarabağ”da keyfiyyətli yerli futbolçular cəmləşib, onların bizim kimi problemləri yoxdur. Başqa komandaları da düşünmək lazımdır. “Neftçi”, “Zirə” və ya “Kəpəz” olsun, onlar üçün də bu lazımdır (qol.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31