24 Iyun 2019, Bazar ertəsi
Balayev: "Vaxtımız az idi"
Romero rəsmən “Qarabağ”da
Boksçumuz erməniyə qalib gəldi
"Səbail"dən növbəti transfer

Ölkə futbolu

Sadıqov "Roma"nın düşərgəsində

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov İtaliyanın paytaxtı Romaya yollanıb.

Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, bu barədə təcrübəli futbolçunun özü açıqlama verib.

O bildirib ki, UEFA PRO kateqoriyalı məşqçilik kursunun növbəti mərhələsi çərçivəsində “Roma” klubunun düşərgəsində olacaq. Sadıqov 12-15 dekabrda Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olmuş paytaxt təmsilçisinin məşqlərini izləyəcək. Dekabrın 16-da isə "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi "Roma"nın "Kalyari" ilə keçirəcəyi İtaliya A Seriyasının 17-ci turunun matçını izləyəcək.

Qeyd edək ki, Rəşad Sadıqovun tezliklə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin olunacağı gözlənilir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2019
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30





Click to Visit