23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Region Liqası”: püşkatma mərasiminin vaxtı məlum oldu

Dekabrın 13-də “Region Liqası” turnirinin püşkü atılacaq.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, püşkatma mərasimi 3 şəhərdə - Sumqayıtda (Kapital Bank Arena), Sabirabadda (Gənclər Mərkəzi, akt zalı) və Oğuzda (Təhsil şöbəsi, akt zalı) keçiriləcək.

Liqanın oyunlarına dekabrın 16-da və 17-də start veriləcək.

Məlumat üçün qeyd edək ki, “Region Liqası”nın oyunları 3 zona üzrə (Paytaxt və Şimal; Cənub və Mərkəz, Şimal-Qərb və Qərb) keçiriləcək. Hər birində 4 və ya 5 iştirakçı olmaqla komandalar 2 qrupda mübarizə aparacaq. Bu mərhələ 4 dövrədən  ibarət olacaq. 

Hər zona üzrə qalibi müəyyənləşdirmək üçün qrup mərhələsini birinci pillədə başa vuran komandalar arasında pley-off qarşılaşması təşkil ediləcək. Qalib komandalar yarımfinala vəsiqə qazanacaqlar.

Yarımfinal mərhələsində 3 zonanın qalibi ilə yanaşı, Naxçıvan Muxtar Respublikası üzrə birinci yeri tutmuş komanda da iştirak edəcək. Qarşılaşmalar neytral meydanda keçiriləcək və bir oyundan ibarət olacaq. Final və üçüncü yer uğrunda oyun da neytral meydanda keçiriləcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30