29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qurban Qurbanov: “Rəşad bizə meydanda lazımdır”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsində  “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiuyi məlumata görə, o, əvvəlcə matça bağlı fikirlərini bildirib:

- Ağır oyun oldu. “Sumqayıt” matça çox yaxşı hazırlaşmışdı. Komandamın yorulduğunu bu gün tam hiss etdim. Bununla belə, futbolçularıma təşəkkür edirəm. Lazım olan anda sürəti artırdılar. Kubok görüşləri fərqlənir. “Sumqayıt” da bunu bizə hiss etdirməyi bacardı. Cavab matçı var. Həmin görüşün daha ağır olacağını təsəvvür edirəm. Az vaxtımız olsa da, futbolçuları həmin qarşılaşmaya hazırlamağa çalışağıq.

- Buraxılan qol sizə problem yarada bilərmi?

- Belə matçlarda səfərdə vurulan qol üstünlükdür. Bundan əlavə, “Sumqayıt” öz meydanında yaxşı oyun göstərir. Səfərdəki matçda əlimizə düşən imkandan istifadə etməyə çalışmalıyıq.

- Aşağı yaş qruplarına məşqçi təyinatları haqda xəbərlər yayılıb. U-21-in baş məşqçisi vəzifəsinə Rəşad Sadıqovun gətiriləcəyi bildirilir. Bu barədə nə deyə bilərsiniz?

- Bu gün əmin oldum ki, sizdən heç nə saxlamaq olmur. İşlər gedir, dəyişikliklər gözlənilir. Sabah yox, birisigün rəsmi açıqlama ola bilər. İnşallah, dəyişikliklər baş verəcək.

- Rəşad Sadıqovun U-21-ə baş məşqçi təyin olunsa, futbolçu karyerasını bitirəcək?

- Rəşad 1 il də oynamaq düşüncəsində idi, ən azı maya kimi oynamaq istəyirdi. Rəşad bizə meydanda lazımdır. İstərdik ki, meydanda da olsun. Ancaq bu məsələni zamana buraxacağıq. Tam işin içində olduqdan sonra bu haqda qərar veriləcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31