19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qriqorçuk: "Komandamın oyunundan zövq alıram"

“Oyundan razı qaldım. Ümumiyyətlə son vaxtlar komandamın oyunundan zövq alıram. Bu da çox yaxşı, müsbət məqamdır. Təəssüf ki, bu gün daha çox qol vura bilmədik. Çünki belə oyunda hesab başqa cür olmalı idi. Lakin göstərdiyimiz oyundan razıyam".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan kubokunun 1/4 final mərhələsində "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O,  Rəqibin cavab matçında necə oynayacağını indidən deyə bilməyəcəyini vurğulayıb: “Səbail” yaxşı komandadır və biz cavab matçına ciddi yanaşacağıq. Müxtəlif variantlara hazırlaşacağıq. Futbolda hər şey olur. İndi matçı təhlili vacibdir ki, cavab görüşünədək oyunumuzda müəyyən düzəlişlər edək".

Ukraynalı mütəxəsus Cavid Hüseynovu ən yaxşı azərbaycanlı futbolçulardan biri saydığımı deyib: "Ona inanıram və əminəm ki, daha yaxşı oynayacaq. Bunun üçün ona vaxt lazımdır. Mən Cavidin həm “Qəbələ”, həm Azərbaycan millisinə hələ çox fayda verəcəyinə əminəm. Tellur Mütəllimov üzərində çox çalışır. Biz də ona kömək etmək istəyirik. Amma həmişəki prinsipimizlə meydana ən hazırlıqlı futbolçular çıxır. Bu gün isə komandanın oyununu o qədər bəyəndim ki, dəyişikliyə ehtiyac duymadım. Belə heyətin daha çox meydanda olmasını istədim. Əlbəttə ki, Tellura inanırıq. O, potensiallı futbolçudur. Onun üzləşdiklərindən düzgün nəticə çıxardığını görürəm. Komandadan kimlərin gedəcəyi barədə heç bir dəqiq məlumatım olmadığı üçün sizə də deyə bilmərəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30