20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qurban Qurbanov: "Qışda bir neçə mövqedə dəyişiklik etmək istəyirəm"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 4-cü turundan təxirə salınmış “Səbail”la oyundan  (2:0) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib:

- Çempionatın son oyunu idi. Çox istəyirdik qalib gələk. Çox şükür ki, hər şey bizim tərəfimizdə oldu. Uşaqlar qalib gəlmək üçün əllərindən gələni etdilər. Futbolçuları təbrik edirəm. Texniki səhvlərimiz, top itkilərimiz oldu. Ancaq əsas odur ki, 3 xal qazandıq. Samir Əliyevə gələcək oyunlarda uğurlar arzulayıram.

- Rəşad Sadıqov ilk hissənin ortalarında zədələnsə də, onu ikinci hissədə əvəzlədiniz...

- Öncə ciddi bir şey görünmürdü. Lakin ikinci hissədə vəziyyətinin nisbətən pisləşdiyini görüb, əvəzləmək qərarına gəldim.

- Bu gün mövsümboyu az oynamış oyunçulara şans verdiniz. Bunu onlara verilmiş son şans kimi dəyərləndirmək olar?

- Komanda Romadan yorğun qayıtmışdı. Bu, birinci dəfə deyildi. Əvvəllər də belə etmişdik.

- Sizcə, yeni oyunçulara ehtiyac var?

- Əvvəlki fikrimdə qalıram. Futbol elə oyundur ki, burda hər şey baş verə bilər. Qışda bir neçə mövqedə dəyişiklik etmək istəyirəm. Danışıq apardığımız oyunçular var.

- Bu o deməkdir ki, bəzi oyunçular göndəriləcək?

- Qışda olmasa belə, yayda dəyişikliklər olacaq.

- Klub prezidenti “Qarabağ”ın gələcəyi ilə bağlı açıqlamasında yerli oyunçulara daha çox şans veriləcəyini, gəncləşdirmə siyasəti aparılacağını dedi. Bu, sizi narahat etmir?

- Düzü, həmin açıqlamanı oxumamışam. Biz həmişə gənclərin heyətə cəlb edilməsinin tərəfində olmuşuq.

- Anton Kanibolotskini komandaya niyə gətirmişdiniz?

- Bu sualın cavabı yoxdur. Avropanın ən böyük klublarında da eyni səviyyəli iki qapıçı olur. Çempionat oyunlarına baxsaq, Kaniboltski daha çox oynayıb, nəinki digərləri. Onu komandaya niyə gətirdiyimə gəlincə, komandada eyni səviyyəli qapıçıya ehtiyac var idi. Avrokuboklarda ikinci qapıçı kimi həmişə Anton Kanibolotski olub, Şahruddin Məhəmmədəliyev yox. Şahruddinə çempionatda daha çox şans verməyim isə ilk növbədə limitlə bağlıdır. Bir də deyirəm bu sualın konkret cavabı yoxdur.    




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30