Ölkə futbolu
Rəşad Sadıqov: "İstəyirik ki, birdən-birə "Roma"nı udaq"
"Son oyuna çıxdıq. Qrupdan çıxmaq şansımız yox idi. Yaxşı oyun sərgiləyərək, qrupu yaxşı nəticə ilə bitirmək istəyirdik. Nə isə alındı, nə isə yox. Nəticədə qapımıza vurulan 3 qolla barışmalı olduq. Amma buradan daha yaxşı nəticə ilə ayrılmaq istərdik".
Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bunu "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Rəşad Sadıqov UEFA Gənclər Liqasının qrup mərhələsində "Roma" ilə keçirdikləri son tur matçından (0:3) sonra deyib. Komandasının qrupdakı 6 oyununu dəyərləndirən 35 yaşlı məşqçi təcrübə çatışmazlığının hiss olunduğunu bildirib:
"Bu, aydın məsələdir və hamımız bilirik. Ancaq hər bir oyunda qırılma nöqtəsi oldu. Oturub bütün matçları analiz eləsək, görərik ki, pis keçməyən oyunun müəyyən anında qopurduq və bu, bizə baha başa gəlirdi. Və ya hansısa standart vəziyyətdən qol buraxdıq. Düşünürəm ki, bir az daha yaxşı nəticə göstərə bilərdik. Uşaqların azca təcrübəsi olsaydı, heyətlə daha çox işləmək imkanımız olsaydı nəsə göstərə bilərdik. Heyət son anda yığıldı və 8-9 nəfər yeni oyunçular var".
- Qış fasiləsində bu heyətdən əsas komandaya futbolçu cəlb oluna bilərmi?
- Bu, artıq baş məşqçi Qurban Qurbanovun verəcəyi qərardır. Amma düşünürəm ki, 2-3 futbolçumuz öz üzərində daha yaxşı işləsə, oyunlarına daha çox diqqət yetirsə, gələcəkdə böyük futbol oynaya bilər.
- Komandanın 24 nömrəli futbolçusu Yaroslav Deda haqqında nə deyə bilərsən?
- Qurban Qurbanov bu futbolçu ilə maraqlanıb. Mən də öz fikirlərimi söyləmişəm. Özü də onun oyunlarını izləyib. Əsas komanda ilə məşqlər də edir. Öz üzərində daha da artıq çalışmalıdır.
- Baş məşqçi kimi bu komandanın gələcəyinə ümid edirsinizmi? Bu komanda bundan sonra nə üçün mübarizə aparacaq.
- Hər bir oyunçu özü üçün mübarizə aparmalıdır. Futbolçuların stimulu gələcəkdə böyük futbol oynamaqdır. Hər bir futbolçunun hədəfi olmalıdır. Əsas komandalarda çıxış etmək istəməlidirlər. Milli haqda düşünməlidirlər. Məqsədləri bu olmalıdır. Özləri gələcək karyeraların qurmalıdır. Daha çox vaxt ayırmaqla, daha çox çalışmaqla. Peşekarlıqların artırmalıdırlar. Çatışmayan çox şey var. Bu gün uşaqlarnan "Atletiko" və "Çelsi" kimi komandaların bazasına gedirik. Onlar bazasına çatanda görürük ki, 1:0 geridəyik. Orda çoxlu meydançalar var. Bizim futbolçular Azərbaycan çempionatında yaxşı ot örtüyü olan meydança görmürlər. Düşünürəm ki, bunlar bu günün problemləri deyil. Ümumi götürsək, qlobal dəyişikliklər etməliyik. Fikirləşirəm ki, getdikcə geriləmə baş verir. Bir ilə yaxındır akademiyalardayam. 19 yaşlılarla 17 yaşlılara baxıram. 21 yaşlılar göz qabağındadır. Hər il geriyə doğru gedirik. Bu akademiyalar ilə bağlıdır. Akademiyalarda daha yaxşı iş qurulmalıdır. Futbolçular akademiyalarda yetişməlidir. Məhəllədə futbol öyrənə bilməzlər. Bəzi detallara akademiyalarda fikir verilmir. Akademiyaları çox izləyirəm. Daha detallı işləmək lazımdır. Çox vaxt ayırmaq lazımdır. Ondan sonra milli səviyyəsində çıxış etsinlər. Elə mövqelər var ki, nəsil kəsilir. Özünüz də görürsünüz ki, Azərbaycanda stoper mövqeyində heç kim yetişmir. Ya da boyları çox balacalaşır. Olanlar da, ya ağırdı, ya topla rəftarı zəifdi, ya qısadı və s. Bütün bunlara fikir vermək lazımdı, yoxsa getdikcə futbolumuz uçruma doğru yuvarlanır.
- Bəs öz perspektivini harda görürsən? Bu komanda ilə davam etmək istəyirsən, yoxsa milli komandaya gedəcəksən?
- Mən onsuz da elə bir adamam ki, Qurban müəllim kimi ağsaqqalım, böyüyüm, dostum var. Harda məsləhət bilsələr, orda da xidmət etməyə hazıram. Bu gün "Qarabağ”ın U-19-nu məsləhət bilib, burdayam. Bu komandanı götürəndə hamı deyirdi ki, nəyinə lazımdır? Amma mənim üçün əla təcrübə oldu. Düzdü oyunçu karyerası ilə bağlı çətinliklər oldu, amma məsləhət belədisə, burdayam. Desələr, U-17-yə get, ora gedəcəm, hara desələr, orda faydalı olmağa çalışacam.
- U-19-un oyun sistemi əsas komanda ilə üst-üstə düşür. Sadəcə fərdi ustalıqda axsamalar var idi. Bəs daha aşağı yaş qruplarında da bu sistem tətbiq olunurmu?
- Aşağı yaşlarda daha çox dayanmırıq bunun üzərində. Oralarda əsasən sərbəstlik veririk ki, uşaqlar öyrənsinlər. U-19 və əvəzedicilərdə isə vahid sistemi oturtmağa çalışırıq. Ancaq bəzi məşqçilərimiz Qurban Qurbanovu nümunə götürürlər, mənim üçün şəxsən ideal odur. Çalışıram ki, öz məşqçiliyimi də onun yolu ilə inkişaf etdirim, lazım olanda məsləhətlər alıram. Sistemdə çoxlu dəyişikliklər elədim. Bu həm mənim üçün, həm də futbolçular üçün xeyirdi ki, müxtəlif variantlarda oynamağı öyrənsinlər. Avropada hər komanda 2-3 sistem üzərində işləyir. Mən də burda çalışdım ki, bildiyim nələrisə uşaqlara aşılaya bilim. Gərək bütün klubları çalışsınlar ki, xaricdə yoldaşlıq oyunları keçirsinlər, uşaqlar xarici şəraiti görsünlər, alışsınlar. Biz istəyirik ki, birdən-birə çıxaq Olimpiya Stadionunda “Roma”nı udaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
-
16:18
PFL rəsmisi: “Bu, Gəncə azarkeşləri üçün də böyük bayram olacaq”
-
16:03
“Neftçi”dən Surinam millisinə
-
15:36
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti bəlli olub
-
14:52
AFFA Pakistanla futbol əməkdaşlığını müzakirə etdi
-
14:21
Güləşçilərimiz mundiala Göygöldə hazırlaşacaqlar
-
13:47
Azərbaycan Kubokunun püşkü atıldı
-
13:00
Millimizin heyəti açıqlandı
-
12:15
“Turan Tovuz”un legioneri Azərbaycan millisi ilə oyuna çağırıldı
-
11:59
"Qarabağ"ın prezidenti bu bankın rəhbəri oldu
-
11:34
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
-
11:08
"Sumqayıt" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
10:43
Hasan Şaş saxlanıldı
-
10:22
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
-
09:56
"Yuventus"dan darmadağın VİDEO
-
09:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Beşiktaş" "Marsel"ə şans tanımadı VİDEO
-
09:00
“Neftçi”nin 1000-ci oyunu, “Qarabağ” autsayderə qarşı
-
08:45
Azərbaycan kubokunun püşkü atılır
-
23:20
“Qəbələ”nin yeni baş məşqçisi kollektivə təqdim olundu
-
22:59
VI turun hakim təyinatları açıqlandı
-
20:05
"Şahdağ-Qusar" 3 xalı 4 qolla qazandı VİDEO
-
19:31
DÇ: Azərbaycan millisinin rəqibləri bilindi
-
18:44
“Şahdağ Qusar” zirvədə
-
18:17
Qazaxda bədii gimnastika üzrə "Grace of Nature" turniri
-
17:36
“Liverpul” “Çelsi”yə rəqib oldu
-
16:52
"Kəpəz" 15 yaşlı futbolçu ilə peşəkar müqavilə bağlayıb
-
16:28
"Trabzonspor"un yeni baş məşqçisi məlum oldu
-
16:00
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
-
15:43
"Naxçıvan"dan növbəti transfer
-
14:19
Azərbaycan kubokunun finalına bu stadion ev sahibliyi edəcək
-
13:35
Klopp Almaniya millisinin heyətini açıqladı
-
13:04
Litvanın millimizlə oyun üçün heyəti açıqlandı
-
12:41
"Neftçi" amerikalı legioneri heyətinə qatıb
-
11:27
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
10:56
Messi növbəti titulunu qazandı
-
10:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:18
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bəlli olub
-
10:00
"Barselona"dan 7 qollu qələbə VİDEO
-
09:43
Renat oynadı, komandası kubokla vidalaşdı
-
09:29
Elvin Camalov “Qəbələ”yə qayıtdı
-
21:11
“Neftçi” yeni əməkdaşlıq müqaviləsi imzaladı
-
20:42
Emin Mahmudov: “Neftçi”nin 90 illiyində çempion olmasını istəyərdim”
-
20:09
Yaşar Seyidov: “Dinamo” bütün liqalar daxil yeganə komandadır ki...”
-
18:37
"Sumqayıt"ın əsas kapitanı müəyyənləşib
-
18:13
İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək
-
17:58
"Murov Az Terminal" Ayan Məmmədova ilə gücləndi
-
17:25
I Liqada hakim təyinatları
-
17:04
"Gəncə" yoxlama oyununda "Ordu"ya məğlub olub
-
16:46
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
-
16:30
"Neftçi" 1000-ci oyununa çıxacaq VİDEO
18.09.2026
17.09.2026
16.09.2026
























