20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Ümidləri doğrultmağı bacarırıq"

“Hər bir Avropa ölkəsi Çempionlar Liqasının qrup mərhələsində təmsilçisinin olmasını istəyir. Bu, futbolun inkişafına böyük təkan verir. Bizim qrupa düşməyimizi futbolçuların, azarkeşlərin və bütün xalqımızın necə qarşıladığını hər kəs gördü. Azərbaycanda futbola sevgi beşqat artıb. Uşaqlar, qadınlar, yaşlı nəsil - hamı bizim oyunlarımızı müzakirə edirlər. Bu, irəliyə atılmış əhəmiyyətli addımdır. Biz son 8-9 ildə planlı şəkildə işləyirdik və ÇL-in qrupuna düşmək əsas hədəfimiz idi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın kapitanı Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Roma" ilə oyun öncəi UEFA-nın saytına deyib.

O bildirib ki, son 10-15 ildə Azərbaycanda idmana və futbola dövlət tərəfindən böyük diqqət göstərilir, böyük məbləğdə vəsait ayrılır: "Son vaxtlarda ümidləri doğrultmağı bacarırıq. Avropa Liqasının və Çempionlar Liqasının qrupuna düşürük, millimiz əvvəlki dövrələrlə müqayisədə daha çox xal toplayır. Bəli, ola bilər ki, avrokuboklarda böyük nəticələr əldə etməmişik və yığmamız dünya və Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmayıb, ancaq bizim futbolun gənc olduğunu unutmamalıyıq. Bu amili nəzərə alsaq, bizim çıxışımız layiqlidir. Biz öz oyunumuz və əldə etdiyimiz nəticələrlə dəstəyin qarşılığını vermək istəyirik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30