29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Saşa Yunisoğlu: "Polşada oynayanda məşqlər bundan da ağır olurdu"

"Dənizlispor"un yeni transferi Saşa Yunisoğlu Futbolxeber.az saytına müsahibə verib.

- Dənizlidə işlərin necə gedir?

- Şükür, hər şey yaxşıdır. İşlərin qaydasındadır.

- Yəqin ki, hazırda təlim-məşq toplanışındasınız?

- Hə, elədir.

- Təlim-məşq toplanışı harada keçirilir?

- Elə Dənizlidə.

- Yoxlama oyunu keçirmisiz?

- Yox, hələ ki ancaq məşq edirik. Qarşıda 3 yoxlama oyunu olmalıdır. Lakin hələlik rəqiblərin adları və oyunların tarixləri məlum deyil.

- "Dənizlispor"dakı məşq prosesi barədə nə deyə bilərsən? Məşqlər ağır deyil ki?

- Mən Polşada oynayanda məşqlər bundan da ağır olurdu. Yəni, bu baxımdan heç bir problem yoxdur. Amma buradakı məşqlər də həqiqətən ağır keçir.

- Yorulmursan ki?

- Yox, hə şey qaydasındadır.

- Dənizlidə sənə qarşı münasibət necədi?

- Hər şey əladı, çox mehribandılar.

- Komandanın şəraiti barədə nə deyə bilərsən?

- Şərait də normaldı. Yaxşı hazırlıq keçmək üçün hər bir imkan var. Meydançaların da durumları yaxşıdır.

- Bəs, maddi baxımdan?

- O baxımdan da yaxşıdı hər şey.

- "Sumqayıt"la bağladığın müqavilə ilə "Dənizlispor"la olan sözləşmən arasında fərq çoxdu?

- Bu barədə danışmaq istəməzdim.

- Məbləği soruşmuram, aradakı fərq mənim maraqlıdır...

- Fərq çoxdu.

- Dənizlidə harada qalırsan?

- Bazada.

- Yəqin ki, bu, müvəqqətidi?

- Hə, tezliklə mənim üçün ev tutacaqlar.

- Keçən dəfə danışanda demişdin ki, ailəmə yaxın olmaq istədiyimdən xaricə getmirəm. Bəs, indi necə qalırsan?

- Bu, müvəqqətidir. Komanda mənim üçün ev tutduqdan sonra ailəmi də yanıma gətirəcəyəm.

- Yəqin ki, məşqlərdə komanda yoldaşlarıvın bacarığına bələd olmusan. Necə düşünürsən, əsas heyətin daimi üzvünə çevrilə biləcəksən?

- İnşallah çevrilərəm. Məqsədim də budur. Amma bu haqda qərarı məşqçi qəbul edəcək.

- "Dənizlispor"un yeni mövsümdəki məqsədi nədir?

- Komanda yüksək səviyyədə hazırlıq keçir. Uğur qazanmaq üçün hər cür şərait var. Ciddi şəkildə hazırlaşırıq. Məqsədimiz də çempionluqdur.

- Yəqin ki, "Dənizlispor"a tramplin gözüylə baxırsan?

- Hə, elədir. Məqsədim gələcəkdə Superliqada oynamaqdı .

- Rail Məlikov Dənizlidə hamının hörmətini qazanmışdı. Hətta komandanın vitse-kapitanı idi. Yəqin ki, orada indi həmin oyunu azarkeşlər səndən gözləyirlər. Bu məqam səni narahat etmir ki?

- Yox, narahat etmir. Əksinə, bu mənə daha da güc verir ki, özümü sübut edim.

Elman MƏHƏRRƏMOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31