29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Samir Abasov: “Uduzmadığımız üçün şükür etməliyik”

Topaz Premyer Liqasının XIII turunda “Sumqayıt” öz meydanında “Səbail”lə heç-heçə edib - 0:0.

Futbolxeber.az saytının məlumatına görə, “Sumqayıt”ın çalışdırıcısı görüşlə bağlı deyib:

“Nəticə o qədər də ürəkçaan deyildiə Evdə oynadığımız üçün hökmən qələbə qazanmaq istəyirdik. Amma tələskənliyimiz, çoxlu səhvlər qələbəmizə mane oldu. Sonda “Səbail” qol vura bilərdi əks hücumlarda. Buna görə də uduzmadığımız üçün şükür etməliyik. Rəqibləri fərqləndirmək istəməzdik. Komandam bu gün çox istəkli idi. Bu da oyunun məhz belə axarda keçməsinə gətirib çıxardı. Görsənən odur ki, hücumda bəzi problemlərimiz var. Amil Yunanovun oyunu son zamanlar alınmır. Bilmirəm nədəndir. Bəlkə də bombardir olmağı çox istəyir. Amma son 2 oyunda 6 qol epizodunu qaçırdıb ki, bu da bizi düşünməyə vadar edir. Qardaşı 1 çempionat, 3 kubok oyunumuz var. Həmin matçlardan sonra soyuq başla hər şeyi götür-qoy edəcəyik.

- İlk hissədə sanki 10 nəfərlə oynayırdız. Olmazdı ki, start heyətində Ramil Həsənova yox, Ehtiram Şahverdiyevə şans verəsiz?

- Ehtiramın da effektini görmədim. 3 futbolçumuz cəzalı olmasaydı, Ramil Həsənov bu gün start heyətində yer almayacaqdı. Məcburiyyətdən Ramili hücumda, Amili sağda oynatmağa məcbur olduq. Ehtiramdan da narazıyam. 2 real epizodu dəyərləndirə bilmədi.

- Siz sürətli futbol görmək istədiyinizi desəz də, Rəşad Eyyubov hər dəfə hücumu ləngidir...

Rəşada tez oynamaq lazım gəldiyini deyirik. Amma bugünkü matçda aramla, sakitcə oynamaq lazım idi. Birinci epizodlarda məşqlərdə etdiklərimizi reallaşdırdıq. Lakin bir neçə epizodda oyunçular yaxaladıqları real şansları qaçırdılar. Bu gün sürətli oynamaq istəmirdik. Eyyubovun bugünkü oyunundan o qədər də narazı deyiləm. Hücumda fərqlənə bilməməyimiz məni təlaşa salıb.

- Yaxın günlərdə PRO kateqoriyası üçün “Atletiko”nun düşərgəsinə yollanacaqsız. Niyə məhz Madrid klubunu seçmisiz? Bunda “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin xaraktercə sizə yaxın olmasının nə dərəcədə rolu var?

- Bu məsələ hələ tam dəqiqləşməyib. Məsələ 100 faiz həll olunmayıb. Klubumuz əlindən gələni edir ki, ən yaxşı klublardan birinin düşərgəsinə yollanım.

 

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31