28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

Tale Heydərov: “Qəbələ”də heç bir maliyyə problemi yoxdur” (MÜSAHİBƏ)

“Qəbələ”nin prezidenti Tale Heydərov “Kəpəz”lə oyundan sonra Futbolxeber.az saytının Gəncəyə ezam olunmuş əməkdaşını suallarını cavablandırıb.

- “Qəbələ” “Kəpəz”lə səfər oyununda 6:1 hesablı qələbə qazandı. Stadiona gələrkən komandanızın bu cür asan qələbə qazanacağını gözləyirdinizmi?

- Gözləmirdik. Çünki ilk dövrədə “Kəpəz”ə 0:2 hesabı ilə öz meydanımızda uduzmuşduq. Ona görə də bu gün qələbə qazanmaq istəyirdik. “Kəpəz” sonuncu yerdə olsa da, bizim üçün vacib görüş idi. Bu cür hesab gözləmirdik. Komandamız yaxşı oynadı və gözəl nəticə qazandı.

- 13 tur ərzində “Qəbələ”nin çıxışına necə qiymət vermək olar?

- Məncə, yaxşı çıxış etmişik. Bəzi oyunlarda xal itirməməli idik. “Qəbələ” bəzən zəiflərlə oyunlarda gözlənilməz xal itkiləri ilə üzləşir. Amma ümumi mənada hazırkı durumdan razıyıq.

- Necə düşünürsüz, bu cür davam edəcəyi təqdirdə “Qəbələ” “Qarabağ”ın hegemonluğuna son qoya bilər?

- Bunun üçün çalışacağıq. “Qarabağ” çox güclü komandadır. Çempionlar Liqasında da yaxşı çıxış edir. Odur ki, çempionluq heç də asan olmayacaq

- Son vaxtlar mətbuatda “Qəbələ”də maliyyə problemlərinin olması haqda xəbərlər dolaşır. Bu məsələyə aydınlıq gətirməyinizi istərdik.

- “Qəbələ”də heç bir maliyyə problemi yoxdur. Müəyyən vaxtlarda gecikmələr ola bilər. Gecikmə olsa da, bu ciddi problem olması demək deyil. Futbolçular da hazırkı durumdan razıdırlar.

- Qış fasiləsi, yeni transferlərlə bağlı baş məşqçi ilə söhbətiniz olub?

- Baş məşqçi istədiyi oyunçuları almağa hazırıq. Təbii ki, büdcə daxilində. Baş məşqçi həmişəki kimi istədiyi oyunçuları heyətə qatmaqda sərbəstdi.

Söhbətləşdi: İBRAHİM




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31