23 Noyabr 2017, Cümə axşamı
“Qarabağ”dan böyükhesablı məğlubiyyət
Şenol Günəş “Qarabağ”ın oyununda?
XXII turun oyun cədvəli müəyyənləşdi
Şehiç 3 oyunluq cəzalandı

Ölkə futbolu

Samir Ələkbərov: “Uşaq da bilirdi ki, Almaniyanın bizə 3-dən çox qol vurması mümkündür”

21 yaşadək futbolçulardan ibarət millimiz Avro-2019-un seçmə mərhələsi çərçivəsində öz meydanında Almaniyaya 0:7 hesabı ilə uduzub.

Futbolxeber.az saytının məlumatına görə, oyunsonrası mətbuat konfrasında yığmamızın baş məşqçisi Samir Ələkbərov biabırçı yenilgini belə şərh edib: “Futbolçular meydanda necə əziyyət çəkirdisə, biz də kənarda o cür əziyyət çəkirdik. Səhvlər həddindən artıq çoxdu. Səhvlər üzərində işləməkiyik. Qarşıda Kosova ilə oyun var. Həmin görüşə hazırlaşmalıyıq”.

- Sizi elə gəlmir ki, futbolçularınız bu gün istəksiz görünürdülər?

- Bir var bacarmırsan, bir də var istək yoxdu. Komandamda istək var idi. Oyuna hazırlaşmışdıq. 1:6-dan sonra belə məğlubiyyəti mən də gözləmirdim. Hər iki hissənin əvvəlində qol buraxmağımız bəlkə də uşaqları ruhdan saldı.

- Daha əvvəl də U-21-də çalışırdız və Yaşar Vahabzadənin köməkçisi olaraq yığmanın real gücünü digərlərindən daha yaxşı bilirdiz. 2 oyuna 13 qol buraxdıqdan sonra yığmanı çalışdırdığınız üçün peşman deyilsiz?

- Kimsə bu yükün altına girməliydi. Yığmanı çalışdırdığım üçün peşman deyiləm.

- Bu gün milli üzvlərinin komandamızın 3-dən çox qol buraxacağına pul qoyuluşu etdikləri barədə xəbər yayılıb...

- İnanmıram, belə şey ola bilməz. Uşaq da bilirdi ki, Almaniyanın bizə 3-dən çox qol vurması mümkündür.

- Renat Dadaşovun bugünkü çıxışını necə dəyərləndirə bilərsiz?

- Onu milliyə böyük ümidlərlə dəvət etmişdik. Biz də narazı qaldıq. Amma tək ondan yox, bütün komandadan.  

- Əsas millimizin yeni baş məşqçisi Qurban Qurbanov aşağı yaş qrupu üzrə millilərə də nəzarət edəcək. Bugünkü matçdan öncə onunla söhbətiniz olmuşdu?

- Qurban bəylə 1 dəfə cəmi danışmışdıq. O da Ramil Şeydayevin durumu ilə bağlı. Söhbətimiz zamanı mənə uğurlar arzuladı.

- Kosovoya qarşı keçiriləcək növbəti görüşdə heyətdə dəyişikliklərin olması mümkündür?

- Bəli, mümkündür. Paltardəyişmıə otağı xəstəxanaya dönüb. Görüşdən dərhal sonra futbolçulara bərpa məşqi verdik. Renat Dadaşov, Bəhlul Mustafazadə və daha bir neçə futbolçunun zədəsi var.

- Bəlkə Renat U-21-də oynamaq istəmədiyi üçün zədəni bəhanə edir...

- Xeyr, həkimlə söhbətim oldu. Həqiqətən əzələsini dartıb.

 

 


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2017
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30





Click to Visit