23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Çəlikəl: “Çelsi” ilə görüşdə azarkeş rekordunun yenilənəcəyinə ümid edirik”.

“Çelsi” ilə görüşdə azarkeş rekordunun yenilənəcəyinə ümid edirik”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Report”a “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl Çempionlar Liqasının (ÇL) IV turunda Bakıda İngiltərənin “Çelsi” komandası ilə keçirəcəkləri oyun üçün azarkeş sayı haqda gözləntiləri barədə danışarkən deyib.

Klub rəsmisi bildirib ki, son məlumata əsasən, 30 min bilet satılıb. Onun sözlərinə görə, artıq qonaq komanda üçün ayrılan biletlərin hamısı alınıb: “Qonaqlara 3664 bilet ayırmışdıq. Onların hamısı satılıb. Öz azarkeşlərimizin də stadionu tam dolduracağına inanırıq. Satış qaydasında gedir”.

Ə.Çəlikəl bilet satışından qazanc gözləmədiklərini söyləyib. İcraçı direktor deyib ki, ÇL matçları zamanı ümumilikdə 4 minə yaxın personal xidmət göstərir və bilet satışından əldə olunan vəsait təşkilati xərclərin qarşılanmasına yönəlir: “Hələlik əvvəlki 2 görüş üçün bilet satışından nə qədər vəsait əldə olunduğunu bilmirik. Lakin elə də böyük qazanc gözləmirik. Çünki xərclərimiz də çoxdur”.

ÇL-də qrup mərhələsinin I turu çərçivəsində keçirilən “Qarabağ” - “Roma” matçı üçün bütün biletlər satılsa da, 68700 nəfərlik tutuma malik Bakı Olimpiya Stadionunda anşlaq olmayıb. Tamaşaçı sayı 67200 nəfər göstərilsə də, tribunada cəmi 57 min nəfərin yer aldığı müəyyənləşib. III turun "Qarabağ" - "Atletiko" oyununu isə 47923 azarkeş izləyib.

Qeyd edək ki, noyabrın 22-də keçiriləcək “Qarabağ” - “Çelsi” matçı saat 21:00-da başlayacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30