19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Kəpəz"in zədəliləri sıraya döndü

“Kəpəz”in bir müddətdir zədəli olan futbolçusu Samba Diallonun vəziyyəti yaxşılaşıb.

Futbolxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, fərdi məşqlər edən yarımmüdafiəçi bu gündən komanda ilə birgə hazırlıqlara qoşulub. “Neftçi” və “Keşlə” ilə oyunları buraxan Samba “Qarabağ”a qarşı matçda “sarı-göylər”ə kömək edə biləcək.

Yüngül zədəsi olan İlyas Səfərzadə də artıq hazırlıq prosesində iştirak edir. “Keşlə” ilə görüşdə zədələnərək əvəzlənən Viktor Oseqeylin də problemi aradan qalxıb. Əzələ gərilməsi diaqnozu qoyulan hücumçu özünü yaxşı hiss edir və ev oyununa hazır olacaq.

Fərid Məmmədov isə Ağdam klubuna qarşı matçı kənardan izləyəcək. Gənc futbolçunun zədəsi ciddidir. MRT müayinəsi zamanı Məmmədovun dizin yan kollateral bağında qismi qopma və menisküsda ikinci dərəcəli degenerasiya aşkar olunub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30