28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Kapitan: “Bu oyunda 1:1 əla nəticədi”

Kapitan: “1:1 əla nəticədi”

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Atletiko” ilə 1:1 başa çatan oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, təcrübəli müdafiəçi əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Oyun haqda nəsə danışmaq üçün təzədən baxmaq lazımdı. Çünki böyük təzyiq var idi. Oyunu 60-70 min azarkeş izləyirdi. Bir anda stadion doldu. Halbuki isinmə hərəkətləri edərkən stadion boş idi. Geyinib-soyunma otağına girdik-çıxdıq, gördük, stadion dolub. Rəqib oyuna basqılı başladı. Belə olacağını bilirdik. Buna hazırlaşmışdıq.Amma yenə də matçın əvvəlində təhlükəli hücumları oldu. Şükür ki, sonra yavaş-yavaş oyun “soyumağa” başladı. Topa nəzarət edirdik, bəzən hücumlar qururduq. Oyun haqda çox danışmaq olar. Ancaq indi nə deyəcəyimi bilmirəm.

- Gərgin oyun alındı. Bunu karyerandakı ən ağır oyunlardan biri saymaq olarmı?

- Olar. Ən ağır və eyni zamanda uğurlu oyunlarımdan biri idi. Səfərdə “Atletiko” kimi komandaya qarşı 90 dəqiqə mübarizə apardıq. Çox çətin idi. Allahın izni ilə buradan yaxşı nəticə ilə qayıdırıq.

- Qırmızı vərəqədən sonra müdafiəyə daha çox diqqət yetirməyə başladınız. Rəqib təzyiqi artırdı. Sanki hər şey bir anda baş verdi...

- Qol buraxandan sonra hücumlara atılmağa başladıq. Ansinin uzaqdan zərbəsivar idi. Bu anda qırmızı vərəqə aldıq. Müdafiəyə çəkilməyə məcbur olduq. Əks-hücumlara bel bağlayırdıq. Amma “Atletiko” kimi komandayla azlıqda oynamaq çox çətin idi.

- İlk dəfə iştirak etdiyiniz turnirdə Çempionlar Liqasının favoritlərindən birindən hər iki oyunda xal aldınız. Qazandığınız 2 xalla hədəfə çatdığınızı söyləmək olar?

- Mövsümün əvvəlindən qarşımıza böyük hədəflər qoymamışdıq ki, gedib Çempionlar Liqasında xal qazanmalıyıq. Əgər açıqlamalarımı yadınıza salsanız, həmişə demişəm ki, qarşımızdakı oyunu düşünək. İmkan dairəsində hər bir oyundan yaxşı nəticə ilə ayrılaq. Ta “Samtrediya” ilə oyundan tutmuş “Atletiko” ilə görüşə qədər.Yenə də “2 xal qazandıq, gələn oyunlarda istirahət edək” kimi fikirlərimiz yoxdu. Qarşıda “Çelsi” ilə oyun var. Hazırlaşmaq üçün vaxtımız qalır. Həmin oyunda da əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

- Azərbaycan çempionatında oyunlarınıza 1000 nəfər azarkeş gəlir. Sonra belə bir möhtəşəm atmosferdə meydana çıxırsınız. Bu ikisini müqayisə edəndə hansı hissləri keçirirsən?

- Son vaxtlar bu cür dolu tibunalar qarşısında çox oyunlar keçiririk. Həm milli səviyyəsində, həm də Çempionlar Liqasında belə atmosferdə oynamaq çox xoşdu. Çox fərqli hisslərdi. Çempionat oyununda adi bir söz deyirsən, tribunada eşidilir. Ancaq burda nə qədər qışqırsan da, komanda yoldaşına söz deyə bilmirsən.Artıq qışqırmırsan ki, güc itirməyəsən. Belədə ümid qalır bir-birimizi başa düşməyə. Neçə illərdi eyni komandada oynayırıq. Bilirik ki, kim hara qaçacaq. Ümumi götürsək, bu cür publika qarşısında “Atletiko”ya qarşı oynamaq bizə zövq verir.

- Oyundan əvvəl sənə deyilsəydi ki, görüş 1:1 başa çatacaq, buna reaksiyan necə olardı?

- Təbii ki, oyundan qabaq 1:1-ə razı olardıq. “Atletiko” kimi komanda ilə səfərdə 1:1 oynamaq əla nəticədi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31