20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Neftçi” 197 günlük həsrətə son qoydu

“Neftçi”nin ev oyunlarındakı qələbə həsrəti sona çatıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, paytaxt klubu Topaz Premyer Liqasındakı uğursuz seriyanı X turda qırıb. “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edən bakılılar 197 gündən sonra doğma azarkeşləri önündə 3 xal qazanıb.

Mövsümdə ilk dəfə öz meydanında qalib gələn “ağ-qaralar”ın son uğuru aprelin 15-də qeydə alınmışdı. AZAL-ı 4:0 hesabı ilə məğlub edən “Neftçi” sonrakı 4 ev oyununda uğursuzluq zolağına düşmüşdü. “Qarabağ”a ötən mövsümün sonunda 1:2, cari çempionatın startında 1:3 hesabı ilə uduzan “ağ-qaralar” “Kəpəz”lə qolsuz heç-heçə edib, “Zirə”yə də yenilmişdi - 1:2.

Qeyd edək ki, öz meydanındakı 4 oyunluq qələbəsizliyə son qoyan paytaxt klubu ümumilikdə ardıcıl 4-cü dəfə qalib gəlib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30