19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Samir Abasov: “Bunu tək mən yox, rəhbərlik də düşünməlidir”

“Matça pis başladıq. Qol vurandan sonra ümidlənmişdik. Ancaq son dəqiqələrdə qapıçımızın səhvindən qol buraxıb uduzduq. Mehdi Cənnətovla bağlı çox danışırdılar. Fərhad kimi qapıçı da səhvə yol verdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 10-cu turunda “Neftçi”yə uduzduqları oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

“Neftçi”dən məğlubiyyətin əvəzini çıxacaqlarını deyən baş məşqçi hakimlik haqda da danışıb: “Dünya dağılmayıb. Bu komanda ilə hələ iki oyunumuz da var. Bunun əvəzini çıxmağa çalışacaqğıq. Oyundan sonra hakimə dedim ki, komandam sırf Azərbaycan uşaqlarından ibarətdir. Belə şeyləri nəzərə almaq lazımdır”.

Heyətlə bağlı problemlərinin olduğunu deyən Abasov klub rəhbərliyinə də mesaj göndərib:“Təcübəli oyunçularımız var. Avrokuboklar haqda indidən danışmaq lazım deyil. Hələ bilmək olmaz. Sona qədər əlimizdən gələni edəcəyik ki, avrokuboklara vəsiqə qazanaq. Vuruşacağıq. Heyət problemləri bizi narahat edir. Tək mən yox, bütün rəhbərlik bunu düşünməlidir. Ehtiyat skamyamız çox kasaddır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30