23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Zaur Svanadze ilə yollar ayrıldı

“Keşlə" (keçmiş “İnter”) baş məşqçisi Zaur Svanadze və onun köməkçisi Ramaz Svanadze ilə yolları ayırıb.

Futbolxeber.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb. Xəbərdə qeyd olunur ki, Z.Svanadze və R.Svanadze ilə görüş keçirilib və komandanın fəaliyyəti müzakirə olunub. Görüşdə onlarla imzalanmış müqaviləyə qarşılıqlı razılığa əsasən xitam verilməsi qərara alınıb.

"Keşlə" FK-nın rəhbərliyi hər iki məşqçiyə komandada fəaliyyətlərinə görə təşəkkürünü bildirib və onlara sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, "Keşlə" Topaz Premyer Liqada 10 turdan sonra 8 xalla turnir cədvəlinin 7-ci piləsində qərarlaşıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30