29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Roman Qriqorçuk: “Hakim penaltimizi vermədi”

"Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun Topaz Premyer Liqanın 10-cu turunda "Zirə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Niyə 10 nəfərlə oynayan "Qəbələ” 11 nəfərlə çıxış edən "Qəbələ”dən daha yaxşı çıxış etdi?

- Xal itirdiyimizə görə təəssüflənirəm. Birinci hissədə oynadığımız futbol bizə dərs oldu. Gələcəkdə bundan dərs çıxaracağıq. "Qarabağ” üzərində qələbədən sonra tempi qoruyub saxlamalı idik. Ancaq olmadı.

- Hakimlik barədə nə deyə bilərsiniz?

- Təəssüf edirəm ki, bu gün çox böyük hörmət etdiyim hakim bu cür oyun idarə etdi. Bir penaltimizi vermədi.

- Bəs Cavid Hüseynov barədə nə deyə bilərsiniz? Kapitan olsa da, hesabda geridə olduğunuz zaman qırmızı vərəqə alaraq, komandanı çətin vəziyyətdə qoydu.

- Əlbəttə, yaxşı hal deyil. O, həm də kapitandır. Bu cür hallara yol verməməlidir. Mən Cavidi çox sevirəm. Ancaq onunla bu barədə söhbət edəcəm. Ümid edirəm ki, gələcəkdə bu cür hallar yaşanmayacaq

- Hakimlikdən şikayət edirsiniz. Təkcə problem hakimliklə bağlı idimi? Nəzərə alaq ki, "Qarabağ”la ev oyununda da sizin vurduğunuz qolda ofsayd şübhəsi var idi...

- Ofsayd adlandırdığınız epizodla bağlı sizinlə mübahisə etməyəcəm. Bu barədə hərəmizin öz fikri var. Bu gün isə Farizin idarəçiliyi məni doğrudan, təəssüfləndirdi.

- Azərbaycan millisinin baş məşqçisi olacağınızla bağlı iddialar var. Bu barədə nə deyə bilərsiz? Belə təklif olsa, razılaşarsınız?

- İndi nəsə deyib, fikirləri qarışdırmaq istəmirəm. Məncə, mənim bu barədə fikir bildirməyim hörmətsizlik olar. Buna görə, bu barədə şərh verməyəcəm.

- İlk hissədə Dabonun oyunundan narazı qaldığınız görünürdü. Fasilədən sonra dərhal 3 əvəzetməyə əl atsaz da, onu meydanda saxladınız.

- Düzdür, Dabo birinci hissədə müəyyən səhvlər etdi. Məncə, psixoloji cəhətdən hazır deyildi. İlk dəqiqələrdə vurduğu top dirəkdən döndü. Məncə, bu epizod qolla nəticələnsəydi, o, tam fərqli ola bilərdi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31