21 Iyul 2026, Çərşənbə axşamı
Yamaykalı vinger rəsmən "Zirə"də
“Sumqayıt” “Qəbələ” ilə heç-heçə etdi
Millimiz üçün yeni rəqib tapıldı
"Qarabağ" səfərdə də qalib gəldi

Ölkə futbolu

Qurban Qurbanov: “Gəlin milli söhbətini "Atletiko" ilə oyundan sonraya saxlayaq”

"Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov millimizdə baş məşqçi vəzifəsinə əsas namizədlərdən biri olmasına münasibət bildirib.

Futbolxeber.az saytının məlumatna görə, o, Topaz Premyer Liqanın 10-cu turunda "Səbail"lə oyundan sonra keçirilən mətbuat konfransında bununla bağlı deyib: "Qarşıda "Atletiko" ilə oyun var. İndi bu barədə danışa bilmərəm. Çünki indi deyəcəyim bir söz böyük rezonans yarada bilər. Bu isə komandaya da təsir edə bilər. Gəlin bu söhbəti "Atletiko" ilə oyundan sonraya saxlayaq. Həmin matçdan sonra vəziyyətə baxarıq. Lazım gəlsə, danışaram. Digər tərəfdən Prosineçki millidən yeni ayrılıb. Bu barədə danışmaq düzgün olmaz".

Q.Qurbanov bildirib ki, xorvatiyalı mütəxəssisin millimizdən gedişi onun üçün gözlənilməz olub: "AFFA rəhbərliyi qərar versin, ondan sonra mən də fikrimi bildirərəm".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31