20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Qəbələ" Litvaya yollanır

“Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” Litvanın paytaxtı Vilnüsdə keçiriləcək “Ateitis Cup”da qüvvəsini sınayacaq. Ülfət Mədətovun baş məşqçisi olduğu komanda oktyabrın 27-29-da keçiriləcək turnirə 18 futbolçu ilə yollanacaq.

Komandanın heyətində Heybət Vəliyev, Emil Umarov, Azər Məmmədhəsənzadə, Fuad Əhmədov, İbrahim Ramazanov, Emil Süleymanov, Sərxan Mirzəzadə, Sahil Həsənov, Nuqay Rəşidov, Elmir Hüseynli, Fərid Kələntərov, Kamil Nəzərli, Namiq Şamilov, Aslan Şirinov, Murad Ələkbərov, Okan Təhməzov, Sənan Kərimov və Eşqin Əhmədli yer alıb.

“Qəbələ” turnirin C qrupunda mübarizə aparacaq. “Qırmızı-qaralar” Finlandiyanın “Maski”, Belarusun “Smena”, Litvanın “Vilnüs” və Latviyanın “Dauqavpils” komandaları ilə eyni qrupda çıxış edəcək. İlk oyun günündə futbolçular Litva və Latviya təmsilçiləri ilə üz-üzə gələcək. “Qəbələ” oktyabrın 28-də “Maski” və “Smena” ilə qarşılaşacaq. Qrupda ilk üç yeri tutan komandalar növbəti mərhələyə yüksələcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30