25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Elhad Nəziri Avroliqadakı debütunu Futbolxeber.az-a şərh etdi

"Dünən oyunumuz yaxşı alındı. Qol vurmaq üçün xeyli şansımız oldu. Çalışacağıq ki, səfərdə də qalib gələrək, növbəti mərhələyə adlayaq". Bu sözləri Futbolxeber.az saytına verdiyi açıqlamada Rumıniyanın "Petrolul" klubun üzvü, dünən "Vikinqur"a qarşı baş tutan matçda Avroliqada debüt edən millimizin müdafiəçisi Elhad Nəziri deyib.

Gənc müdafiəçi öz oyunu barədə belə danışıb: "14 dəqiqə meydanda oldum. Bütün komandamız yaxşı oynadı. Özümü artıq əsas heyətdə görürəm. Əvvəlkinə baxanda indiki durumumdan razıyam. İndi çalışacağam ki, növbəti oyunlarda da meydandan çox olum. Meydanda az olmağımı problemə çevirmirəm. Bu, baş məşqçinin fikridi və ona hörmət edirəm. Hələ ki gözləmə mövqeyindəyəm. Hər şeyin öz vaxtı var".

"Əvvəldən meydana çıxacağını bildirdinmi" sualını isə Nəziri belə cavablandırdı: "Oynayacağımı bilirdim. Yalnız nə qədər oynayacağımı bilmirdim".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30