25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Neftçi”nin 3 il yarım gözlədiyi seriya

Topaz Premyer Liqasının IX turu “Neftçi”nin ardıcıl 3-cü qələbəsi ilə əlamətdar olub.

Futbolxeber.az saytının məlumatına görə, bunadək “İnter”i 2:0, “Səbail”i 4:0 hesabı ilə məğlub edən Tərlan Əhmədovun yetirmələri Gəncə səfərində “Kəpəz”i də qol buraxmadan üstələyib - 1:0.

“Ağ-qaralar”ın ardıcıl 3 qarşılaşmada 9 xal qazanması isə son illərdə nadir təsadüf olunan hadisədir. Bakılılar belə qələbə seriyasına sonuncu dəfə 2015/16 mövsümündə imza atıb. 2016-cı ilin mayında “Neftçi” AZAL (3:1), “Kəpəz” (2:1) və “İnter”i (4:2) məğlub etmişdi. Lakin həmin vaxt “Neftçi” hər üç matçda qol buraxmışdı. Paytaxt təmsilçisinin ən azı üç qarşılaşmada quru hesabla qalib gəlməsi isə sonuncu dəfə 2014-cü ilin mart və aprel aylarına – təxminən 3 il yarım öncəyə təsadüf edib. Həmin vaxt ardıcıl 5 dəfə qalib gələn “ağ-qaralar” bunların üçündə - “Rəvan”, “Xəzər Lənkəran” və “Bakı”nı qol buraxmadan udmuşdu. Ardıcıl üç görüşdə 1:0 hesabı qeydə alınmışdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30