24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Azərbaycanda futbolun bütün ağırlığı “Qarabağ”la “Qəbələ”nin çiyinindədir”

“Qrupdakı iki məğlubiyyət qaçılmaz idi. Əsas odur ki, onlar düz istiqamətdədirlər. “Qarabağ” və “Qəbələ” bütün Azərbaycan futbolunu irəli aparır”.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Moskva “Lokomotiv”inin baş məşqçisi Yuri Syomin “Qarabağ”ın Çempionlar Liqasıdakı çıxışını “Moksva-Baku” jurnalına şərh edərkən deyib.

O qeyd edib ki, bu iki klub uşaq və yeniyetmə futboluna, infrastruktura ciddi fikir verir: “Ölkədə futbolun bütün ağırlığı məhz bu iki klubun çiynindədir. O ki qaldı “Qarabağ”ın Avropanın nəhəng klublarına məğlubiyyətinə, hamı uduzur. Hələlik onlar heyətində dünyanın ən güclü futbolçuları olan klublarla rəqabət aparmaq gücündə deyillər (müsahibə “Atletiko” ilə Bakıdakı oyundan əvvəl götürülüb - red.). “Qarabağ”ın Çempionlar Liqasının qrupunda oynaması böyük uğurdur”.

Yuri Syomin həmkarı Qurban Qurbanov barədə də danışıb: “Klubun rəhbərliyi sağ olsun ki, bu məşqçiyə həmişə tam dəstək olur və inanır. O, çox perspektivli məşqçidir. Müasir futbolu yaxşı görür, başa düşür, görün, “Qarabağ”ı hansı səviyyəyə çıxarıb. Yeri gəlmişkən, mən onunla yaxşı tanışam. Biz tez-tez danışırıq. “Kopenhagen”lə oyundan sonra ona zəng vurdum. Biz Azərbaycan çempionatında bir-birimizə xoş rəqib olmuşuq. Çünki Qurban yaxşı insandır, yüksək səviyyəli peşəkardır. Hansı ki, onun yaratdığı komanda Azərbaycan futbolunu yaxşı səviyyədə təmsil edir”.

 

Y.Syomin Qurban Qurbanovla etdiyi söhbət haqda danışmayıb: “Qoy bu peşəkar səhbət ikimizin arasında qalsın”.“Qəbələ”nin sabiq çalışdırıcısı deyib ki, Qurban Qurbanov öz üzərində çox çalışır, çox işləyir. Buna görə də məşqçi kimi uğurlara nail olur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30